[b]Ruslan Abışov millidən kənarlaşdırıldı[/b]
26.08.2016 - 19:06
[b]Ruslan Abışov millidən kənarlaşdırıldı[/b]

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, Ruslan Abışov yığmanın düşərgəsini tərk edib.

 

 “İnter”in müdafiəçisi zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub.

 

Futbolçu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.

 

(affa.az)

0