[b]“Qarabağ” və “Qəbələ” nə qədər qazanacaq?[/b]
26.08.2016 - 22:08
[b]“Qarabağ” və “Qəbələ” nə qədər qazanacaq?[/b]

UEFA Avropa Liqasının qrup mərhələsində oynayacaq klubların nə qədər qazanacaqları barəsində açıqlama yayıb. Apasport.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytından xəbər verilib.

 

Belə ki, həlledici mərhələdə mübarizə aparacaq 48 komandanın hər biri minimum 2.6 milyon avro əldə edəcək. Qruplarda qazanılacaq hər qələbə 360 min, heç-heçə 120 min avro ilə mükafatlandırılacaq. İki komandanın oyununda qeydə alınan bərabərlik zamanı geridə qalan 120 min avro isə yığılaraq qrup mərhələsində çıxış edən klubların arasında qələbə sayına görə bərabər bölünəcək.

 

Hər bir qrup birincisi 600 min, ikinci isə 300 mini öz hesabına köçürəcək. 1/16 finalda çıxış edəcəklər əlavə olaraq 500 min, 1/8 finalda oynayacaqlar 750 min, 1/4 finalın iştirakçıları 1 milyon, yarımfinalçılar isə hərəyə 1,6 milyon qazanacaq.

 

Avropanın ikinci dərəcəli klub turnirinin qalibi əlavə 6.5 milyon, finalçı isə 3.5 milyon avro əldə edəcək.

 

Bundan əlavə, hər komandanın bilet satışından əldə etdiyi gəlir də öz hesabına keçəcək.

0