“İnter”dən iki transfer birdən
26.08.2016 - 23:28
“İnter”dən iki transfer birdən

İtaliyanın “İnter” klubu iki keçidi rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, milanlılar braziliyalı Qabi Barboza – Qabiqol və portuqaliyalı Joao Marionu heyətinə cəlb edib.

 

“Neradzurra” son Avropa çempionatının qalibi üçün “Sportinq”ə 45 milyon avro ödəyəcək. Olimpiya çempionu Qabiqol üçün isə “Santos”a 25 milyon veriləcək.

 

Qeyd edək ki, hücum xəttinin gücləndirəcək bu iki transfer yaxın günlərdə tibbi baxış üçün Milana gələcəklər.

0