[b]Premyer Liqa klubları üz-üzə[/b]
27.08.2016 - 10:02
[b]Premyer Liqa klubları üz-üzə[/b]

Milli komandanın toplanışı ilə bağlı Topaz Premyer Liqasında yaranmış fasilədən klublar maksimum yararlanmağa çalışırlar. Apasport.az saytı xəbər verir ki, elita iştirakçıları bu müddətdə bir-birləri ilə yoxlama görüşü keçirəcəklər.

 

Artıq iki komandanın üz-üzə gələcəyi dəqiqdi. Belə ki, “Sumqayıt” və AZAL klubları arasında yoxlama görüşünün keçirilməsi razılaşdırılıb. Bu komandalar avqustun 30-da Sumqayıt şəhər stadionunda üz-üzə gələcəklər. Qarşılaşma saat 18:00-da start götürəcək.

 

Qeyd edək ki, çempionatda 3 turdan sonra “Sumqayıt”ın aktivində 3, AZAL-da isə 1 xal var.

 

0