[b]Həm “Qarabağ”a, həm də yığmamıza rəqib - FOTO[/b]
27.08.2016 - 10:45
[b]Həm “Qarabağ”a, həm də yığmamıza rəqib - FOTO[/b]

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən olan Çexiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Karel Yarolim qarşıdakı 2 oyun üçün 23 futbolçuya dəvət göndərib.

 

Öncə avqustun 31-də yoldaşlıq görüşü çərçivəsində Ermənistanla qarşılaşacaq çexlər sentyabrın 4-də isə seçmə mərhələnin ilk matçında Şimali İrlandiya ilə üz-üzə gələcək. Yarımmüdafiəçilər Borek Dokal və Yakub Rada da dəvətlilər arasında olmalarına baxmayaraq, zədəli olduqları üçün sonradan heyətdən çıxarılıblar.

 

Maraqlıdı ki, dəvətlilər arasında “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Slovan”ın oyunçuları da var. Belə ki, müdafiəçi Lukaş Pokornı və yarımmüdafiəçi Yan Sikora növbəti 2 qarşılaşmada Çexiya yığmasının formasını geyinə bilər.

 

Adıçəkilən futbolçular sentyabrın 15-də isə “Qarabağ”la görüş üçün Bakıya gələcəklər.

 

Çexiya yığmasının heyəti:

Qapıçılar: Yaroslav Drobnı (“Verder”, Almaniya), Tomaş Vaçlik (“Bazel”, İsveçə), Tomaş Kubek (“Sparta”)

Müdafiəçilər: Mixal Kadleç (“Sparta”), Teodor Gebre Selassie (“Verder”, Almaniya), Daniel Pudil (“Şeffil Venzdi”, İngiltərə), Marek Suşi (“Bazel” İsveçrə), Pavel Kaderabek (“Hoffenhaym”, Almaniya), Tomaş Kalas (“Fulhem”, İngiltərə), Filip Novak (“Midtyuland”, Danimarka), Lukaş Pokornı (“Slovan”)

Yarımmüdafiəçilər: Vladimir Darida (“Herta”, Almaniya), Ladislav Kreyçi (“Bolonya”, İtaliya), Jozef Şural, Martin Fridek (hər ikisi “Sparta”), Jiri Skalak (“Brayton”, İngiltərə), David Pavelka (“Kasımpaşa”, Türkiyə), Yan Kopiç (“Viktoriya”), Yan Sikora (“Slovan”)

Hücumçular: Tomaş Netsid (“Bursaspor”, Türkiyə), Matey Vidra (“Uotford”, İngiltərə), Milan Şkoda (“Slaviya”), Vaçlav Kadleç (“Midtyuland”, Danimarka)

 

0