[b]“Fiorentina”nı Bakı səfəri düşündürür[/b]
27.08.2016 - 16:44
[b]“Fiorentina”nı Bakı səfəri düşündürür[/b]

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Fiorentina”nı olduqca gərgin qrafik gözləyir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İtaliya klubu qarşıdakı 112 gündə 23 qarşılaşma keçirəcək.

 

Florensiya təmsilçisini ən çox narahat edən məsələ ilə “Qarabağ”la səfər oyunudu. Belə ki, “bənövşəyilər” qrupun son turu çərçivəsində dekabrın 8-də Bakıda ağdamlıların qonağı olacaq. Maraqlıdı ki, təmsilçimizlə oyun öncəsi və sonrası “Fiorentina” A seriyasında rəqibləri ilə evdə üz-üzə gələcək. Paulo Souzanın yetirmələri dekabrın 4-də “Palermo”nu, 11-də isə “Sassuolo”nu qəbul edəcəklər. Baş məşqçini də əsas narahat edən məqam uzaq Bakı səfərinin bu ərəfəyə düşməsidi.

 

Qeyd edək ki, “Qarabağ”la “Fiorentina”nın İtaliyadakı görüşü II tura təsadüf edəcək. Sentyabrın 29-dakı matçdan 4 gün əvvəl florensiyalılar “Milan”ı qəbul edəcəklər.

0