[b]Qurban Qurbanov qardaşına qarşı[/b]
27.08.2016 - 15:04
[b]Qurban Qurbanov qardaşına qarşı[/b]

“Qarabağ” Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə etmək fikrindədi. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu müddətdə bir yoxlama görüşü keçirəcək.

 

Baş məşqçi Qurban Qurbanov milliyə dəvət almayan futbolçuları yoldaşlıq matçında sınayacağını bildirmişdi. Həmin rəqibin kimliyi də artıq məlumdu. Ölkə çempionu I divizion təmsilçisi “Zaqatala”nı sınağa çəkəcək. Bu görüş sentyabrın 1-də baş tutacaq.

 

Qeyd edək ki, “Zaqatala” klubunun prezidenti Musa Qurbanov “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun qardaşıdı.

0