[b]Millimizlə oyunöncəsi qələbə[/b]
27.08.2016 - 16:14
[b]Millimizlə oyunöncəsi qələbə[/b]

DÇ-2018-in seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək San Marino yığması hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, “cırtdan” ölkə təmsilçisi komandamızla matç öncəsi yoxlama görüşündə qüvvəsini sınayıb.

 

Rəqibimiz yerli "San Marino Kalço" klubu ilə qarşılaşıb. Görüş San Marino millisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib. "San Marino Kalço" bu ölkə təmsilçisi olsa da, İtaliyanın D seriyasında mübarizə aparır.

 

Qeyd edək ki, yığmamız sentyabrın 4-də San Marino ilə səfərdə qarşılaşacaq.

0