[b]Nazarovun komandasına 2 qol bəs etmədi[/b]
27.08.2016 - 19:19
[b]Nazarovun komandasına 2 qol bəs etmədi[/b]

Almaniya II Bundesliqasında III tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” də növbəti oyununu keçirib.

 

“Bənövşəyililər” səfərdə “Qroyter Furz”la üz-üzə gəliblər. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Matça start heyətində başlayan Nazarov 59-cu dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 3 oyundan sonra aktivində 3 xal olan “Aue” hazırda turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 

0