“İnter”dən inamlı qələbə - FOTOSESSİYA
29.08.2016 - 09:33
“İnter”dən inamlı qələbə - FOTOSESSİYA

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə Gürcüstanda təlim-məşq toplanışı keçirən “İnter” ilk yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Zaur Svanadzenin yetirmələri “Samtredia” klubu ilə qarşılaşıb.

 

Görüş bakılıların qələbəsi ilə başa çatıb – 2:0. Təmsilçimizin qollarını Slavik Alxasov və Samir Zərgərov vurublar.

 

Qeyd edək ki, “İnter” sentyabrın 1-də baş tutacaq 2-ci yoxlama oyununda “Sxinvali” ilə görüşəcək.

0