[b]“Qarabağ”ın rəqibi Avropa Liqasının üçqat qalibini transfer etdi[/b]
29.08.2016 - 10:03
[b]“Qarabağ”ın rəqibi Avropa Liqasının üçqat qalibini transfer etdi[/b]

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Fiorentina” növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, “bənövşəyilər” “Sevilya”nın yarımmüdafiəçisi ilə gücləniblər.

 

Belə ki, Florensiya təmsilçisi uruqvaylı Sebastian Kristoforonu heyətinə cəlb edib. Tərəflər arasındakı razılığa əsasən, 23 yaşlı futbolçu cari mövsümü icarə əsasında İtaliya klubunun heyətində keçirəcək.

 

Qeyd edək ki, 2013-cü ildən “Sevilya”nın formasını geyinən Sebastian Kristoforo bu komanda ilə 3 dəfə Avropa Liqasının qalibi olub.

 

0