[b]“İcrakom”un iclasının vaxtı dəyişdi[/b]
29.08.2016 - 10:39
[b]“İcrakom”un iclasının vaxtı dəyişdi[/b]

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, yığıncaq bu gün əvvəlcədən nəzərdə tutulduğu saatda baş tutmayacaq.

 

Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində keçiriləcək tədbir saat 18:00-da deyil, 19:00-da başlayacaq.

 

Qeyd edək ki, iclasdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri Azərbaycan milli komandası ilə görüşəcək, ardınca millinin məşqini izləyəcəklər.

0