[b]Millimizin rəqibində ciddi itki[/b]
29.08.2016 - 11:12
[b]Millimizin rəqibində ciddi itki[/b]

Almaniya yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Azərbaycan millisinin DÇ-2018-in seçmə qrup mərhələsindəki rəqibi aparıcı futbolçulardan Andre Şürrlenin xidmətindən məhrum qalıb.

 

Buna səbəb ulduz futbolçunun zədəli olmasıdı. Belə ki, Şürrle yeni transfer olunduğu Dortmund “Borussiya”sının heyətində Almaniya Bundesliqasının I turunda “Maynts”la (2:1) keçirilən qarşılaşmada xəsarət alıb. Bu üzdən 26 yaşlı yarımmüdafiəçi Bundestimin heyətindən çıxarılıb. Baş məşqçi Yoaxim Löv onun yerinə kimi dəvət edəcəyinə hələ qərar vermədiyini bildirib.
 

Qeyd edək ki, Almaniya millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ilk oyununu sentyabrın 4-də Norveçə qarşı keçiriləcək.

0