[b]“Qəbələ”ni siyahıdan silmək olmaz” – “Maynts”ın baş məşqçisi[/b]
29.08.2016 - 11:42
[b]“Qəbələ”ni siyahıdan silmək olmaz” – “Maynts”ın baş məşqçisi[/b]

“Bu, bizim üçün heç də uğurlu püşk olmadı. Çünki olduqca güclü qrupa düşmüşük”. Apasport.az saytının məlumatına görə, bunu “Maynts”ın baş məşqçisi Martin Şmidt deyib.

 

Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə eyni qrupda mübarizə aparacaq Almaniya təmsilçisinin hədəfi növbəti mərhələdi. Yerli mətbuata açıqlama verən Şmidt bunun üçün çox əziyyət çəkməli olacaqlarını söyləyib.

 

49 yaşlı mütəxəssis “Qəbələ” haqda da fikirlərini bölüşüb: “Rəqibləri az da olsa, təhlil etmişəm. “Anderlext” Çempionlar Liqasında oynayacaq gücdə komandadı. Onlar qrupun favoriti sayılırlar. “Sent-Etyen”in də artıq Avrokubok təcrübəsi var. “Qəbələ” isə iki ildi I mərhələdən qrupa qədər irəliləyir. Onları da siyahıdan silmək olmaz. Güclü qrupa düşməyimizə baxmayaraq, bizim məqsədimiz qrup səddini aşmaqdı. Bunu bacaracaq gücdə oyunçularım var”.

 

Qeyd edək ki, “Maynts” Avroliqanın II turu çərçivəsində sentyabrın 29-da “Qəbələ”nin qonağı olacaq.

 

0