[b]Superliqada 7-ci qol[/b]
29.08.2016 - 12:30
[b]Superliqada 7-ci qol[/b]

Yığmamızın sabiq futbolçusu Ufuk Budakın Türkiyə Superliqasında vurduğu qol Azərbaycan təmsilçilərinin bu yarışda rəqib qapısından keçirdiyi 7-ci top olub. Apasport.az saytının məlumatına görə, milliləşən legionerimizin “Kayserispor”un heyətində “Fənərbaxça”yla görüşdə (3:3) vurduğu qola qədər futbolçularımız 6 dəfə fərqlənmişdi.

 

Bu 7 qoldan 5-i milliləşənlərin hesabındadı. Ufuka qədər Cihan Özkara “Sivasspor”da 3 dəfə fərqlənmişdisə, Ernani Pereyra “Konyaspor”da qol sevinci yaşamışdı.

 

Azərbaycan futbolunun yetirmələrindən isə yalnız ikisi Superliqada qol vurub. Bunlar İlqar Qurbanov və Ramal Hüseynovdu. Sonuncu “Kocaelispor”da, İlqar isə “Sivasspor”da rəqib qapısına yol tapıb.

0