[b]Əliyar Ağayev Rusiya millisinin oyununda[/b]
29.08.2016 - 13:09
[b]Əliyar Ağayev Rusiya millisinin oyununda[/b]

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edəcək. Apasport.az saytının məlumatına görə, həmyerlimiz milli komandaların matçına təyinat alıb.

 

Ağayev sentyabrın 6-da keçiriləcək Rusiya və Qana yığmaları arasında yoldaşlıq oyununda baş hakim olacaq. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq.

 

Qeyd edək ki, Rusiya – Qana oyunu Moskvadakı “Lokomotiv” stadionunda keçiriləcək.

0