[b]Əfsanəvi futbolçu: Ueyn Runi yığmadan getməlidi[/b]
29.08.2016 - 15:27
[b]Əfsanəvi futbolçu: Ueyn Runi yığmadan getməlidi[/b]

İngiltərənin əfsanəvi futbolçusu Alan Şirer milli komandanın kapitanı Ueyn Runi barədə maraqlı açıqlama verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, o, Runiyə yığmadan getməyi məsləhət görüb.

 

Sabiq forvardın fikrincə, əks təqdirdə forvard “Mançester Yunayted”də ehtiyata düşə bilər: “Mançester Yunayted”in indi çox güclü futbolçuları var. Runi əsas heyətdəki yerini qorumaq üçün daha yüksək səviyyədə çıxış etməlidi. O, indi yalnız özünü düşünməlidi. Bunu demək mənə çətindi, amma Ueyn milli karyerasını bitirməlidi. Bununla onun zəif olduğu demək istəmirəm. Ancaq 30 yaşlı bir oyunçu üçün hər iki yerdə yüksək səviyyədə oynamaq asan deyil. Bu qərarı verməkdə utanılacaq bir şey yoxdu. Çünki Runi milli üçün əlindən gələni edib”.

 

Qeyd edək ki, 2003-cü ildən İngiltərə yığmasına çağırılan Ueyn Runi millinin heyətində keçirdiyi 115 oyunda 53 qola imza atıb.

0