[b]Kişiləri geridə qoyan, 200-ə 3 addımı qalan qadın yığmamız[/b]
31.08.2016 - 15:06
[b]Kişiləri geridə qoyan, 200-ə 3 addımı qalan qadın yığmamız[/b]

Qadın şahmatçılardan ibarət Azərbaycan yığması tarixində 12-ci dəfə Olimpiadada mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, sentyabrın 1-14-də Bakıda təşkil olunacaq 42-ci Ümumdünya Şahmat Olimpiadasına qədər komandamız 11 dəfə analoji yarışa qatılıb.

 

Beynəlxalq arenada 1994-cü ildə debüt edən kişilərdən fərqli, xanım zəka sahiblərimiz 2 il öncə Olimpiada səhnəsinə çıxıb. “Siftə”si Filippinin paytaxtı Monilaya təsadüf edən xanım şahmatçılarımız SSRİ dağılan vaxt ölkəmizin ən güclü idmançılarından olduğundan 2 ili gözləmədən Asiyaya yollanıb. Elə yığmamızın rekordu da həmin vaxt qeydə alınıb. 7-ci yeri tutan millimiz sonrakı 24 ildə ən yaxşı halda bu nəticəni təkrarlaya bilib. Bu da 2010-cu ilə təsadüf edib. Düzdü, 1994-cü ildə də eyni heyətlə Olimpiadaya yollanan yığmamızdan daha yaxşı nəticə gözlənilirdi. Çünki həm yarış tarixində ən yüksək reytinqli komandamız turnirə yollanmışdı, həm də 2 il öncə təcrübə toplayan heyət dəyişməz qalmışdı. Lakin həmin komanda “10-luğa” düşə bilməyib.

 

Yığmamızın illər üzrə topladığı xala gəlincə, kişilərdə olduğu kimi xanımlarda da belə müqayisə aparmaq mümkün deyil. Çünki Olimpiadalarda turların sayı müxtəlifliyi ilə diqqət çəkir və yalnız 4 yarışda sabit qalıb – 11 tur. Elə bu 4 turnirdə də zərif cinsin nümayəndələri də 4 lövhədə mübarizə aparmağa başlayıb. Bunadək isə onlar yalnız 3 masada oynayırdılar.

 

Komandamızın heyətində indiyədək 17 şahmatçı yer alıb. Bakı Olimpiadasında 10 istedadımız debüt edəcək. Əvvəlki 11 yarışda mütləq rekord Zeynəb Məmmədyarovaya məxsusdu. O, 9-cu dəfə millimizə kömək edəcək. Bu, təkcə qadın şahmatçılarımız arasında deyil, kişi zəka sahibləri arasında da ən yüksək göstəricidi. Belə ki, Məmmədyarova Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Qədir Hüseynovdan 1 turnir çox keçirib. Onun bacısı, bu dəfə II komandada çıxış edəcək Türkan Məmmədyarova 6-cı, Nərgiz Umudova isə 5-ci dəfə Olimpiadaya qatılacaq.

 

Qadın yığmamız indiyədək Olimpiadalarda 140 matça çıxıb ki, onlardan 73-də qələbə qazanıb. Komandamız 21 heç-heçə edib və 46 dəfə uduzub. Lövhələrdəki partiyaların ümumi sayı isə 464-dü. Bunlardan 197-ni 1 xalla başa vuran təmsilçilərimiz Bakı-2016-nın ilk turunda 200-ə çata bilərlər. Bundan başqa, şahmatçılarımız 130 dəfə heç-heçə edib və 137 dəfə məğlub olub.

 

 

İl

Heyət

Orta reytinq

Oyun

Xal, fərdi

Xal, komanda

Yer

İştirakçı sayı

Manila-1992

Aynur Sofiyeva, Firuzə Vəlixanlı, İlahə Qədimova, Fənarə Babayeva

2293

14

25

19

7

62

Moskva-1994

Aynur Sofiyeva, Firuzə Vəlixanlı, İlahə Qədimova, Fənarə Babayeva

2352

14

23,5

16

18

81

İrəvan-1996

-

-

-

-

-

-

74

Elista-1998

Elmira Əliyeva, Zeynəb Məmmədyarova, Mehriban Şükürova

2052

13

20,5

12

30

72

İstanbul-2000

Fənarə Babayeva, Elmira Əliyeva, Mehriban Şükürova, Zeynəb Məmmədyarova

2251

14

22,5

16

21

86

Bled-2002

Firuzə Vəlixanlı, Mehriban Şükürova, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova

2269

14

25,5

20

8

91

Kalviya-2004

Zeynəb Məmmədyarova, Firuzə Vəlixanlı, Mehriban Şükürova, Afaq Xudaverdiyeva

2317

14

23

16

22

87

Turin-2006

Xəyalə İsgəndərova, Nərgiz Umudova, Fidan Ağasiyeva, Viktoriya Avdiyeva

2123

13

20

12

51

103

Drezden-2008

Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə İsgəndərova, Nərmin N. Kazımova

2261

11

21,5

13

31

111

Xantı-Mansiysk-2010

Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Gülnar Məmmədova, Nərgiz Umudova, Xəyalə İsgəndərova

2270

11

28

16

7

115

İstanbul-2012

Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə İsgəndərova

2260

11

26

13

28

127

Tromse-2014

Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Xəyalə Abdulla, Türkan Məmmədyarova, Səbinə İbrahimova

2289

11

26,5

14

23

136

2016

Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höccətova, Gülnar Məmmədova. Nərmin Kazımova

2320

 

 

 

 

141

 

Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva, Nərmin Xələfova

2248

 

 

 

 

 

 

Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Aynur Katanova

2016

 

 

 

 

 

 

0