[b]Olimpiadada yüksək nəticə göstərən idmançılar və onların məşqçiləri üçün mükafatlar müəyyən edilib - SƏRƏNCAM[/b]
01.09.2016 - 18:48
[b]Olimpiadada yüksək nəticə göstərən idmançılar və onların məşqçiləri üçün mükafatlar müəyyən edilib - SƏRƏNCAM[/b]

Azərbaycan Milli Olimpiya Komitəsi prezidenti İlham Əliyev “Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Azərbaycan idmançılarını və onların məşqçilərini Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

 

birinci yer tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;

üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.

 

0