[b]Püşk atıldı: Zimbabve və Nikaraqua əsas yığmamıza rəqib oldu[/b]
02.09.2016 - 09:41
[b]Püşk atıldı: Zimbabve və Nikaraqua əsas yığmamıza rəqib oldu[/b]

Bakıda keçirilən Bakı Şahmat Olimpiadasının ilk turunun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın kişilərdən ibarət əsas yığması Zimbabve ilə üz-üzə gələcək.

 

Püşk Azərbaycan-2-yə Mozambiki, Azərbaycan-3-ə Papua Yeni Qvineyanı qismət edib.

 

Qadınlardan ibarət Azərbaycan-1 komandası isə start matçını Nikaraquaya qarşı keçirəcək. Azərbaycan-2-nin rəqibi Yaponiya olacağı halda, Azərbaycan-3 Lesoto ilə münasibətinə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, ilk tur bu gün saat 15:00-da başlayacaq.

0