[b]Bakı-2016: Millimizdən 4 qələbə, 2 məğlubiyyət - YENİLƏNİB[/b]
03.09.2016 - 21:32
[b]Bakı-2016: Millimizdən 4 qələbə, 2 məğlubiyyət - YENİLƏNİB[/b]

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün ikinci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət əsas millimiz Makedoniya ilə qarşılaşıb. Görüş yığmamızın təmiz qələbəsi ilə başa çatıb - 0:4

 

Azərbaycanı təmsil edən ikinci kollektiv isə Litvaya cəmi yarım xal verib - 0.5:3.5. Kişilərdən ibarət üçüncü komandamız Belarusa məğlub olub - 0.5:3.5

 

Favoritlərdən Rusiya Türkmənistanı - 4:0, ABŞ Şotlandiyanı - 3.5:0.5, Çin Belçikanı - 3.5:0.5, Ukrayna isə Albaniyanı - 3.5:0.5 məğlub edib.

 

Qadınlardan ibarət əsas millimizin rəqibi Meksika olub. Zəirflərimiz çətin də olsa, qalib gələ biliblər - 2.5:1.5. İkinci komandamız da Monqolustanı eyni hesabla yenib - 2.5:1.5. Üçüncü yığmamız isə Türkiyə qarşısında məğlubiyyətlə barışmalı olub - 1.5:2.5.

 

Favoritlərdən Çin Monteneqronu - 4:0, Ukrayna Moldovanı - 3.5:0.5, Rusiya Ekvadoru - 4:0, Hindistan isə Braziliyanı - 3:1 məğlub edib. 

 

Olimpiada-2016

II tur

Kişilər

 

Makedoniya (2391) - Azərbaycan-1 (2705) - 0:4

Trayko Nedev - Şəhriyar Məmmədyarov - 0:1

Filip Pançevski - Teymur Rəcəbov - 0:1

Aleksandar Koloviç – Rauf Məmədov - 0:1

Nikola Nikolovski - Arkadi Naydiç - 0:1

 

Litva (2453) - Azərbaycan-2 (2576) - 0.5:3.5

Eduardas Rozentalis - Vasif Durarbəyli - 0:1

Tomas Laurusas - Nicat Abasov - 0:1

Sarunas Sulskis – Ülvi Bacarani - 0.5:0.5

Vidmantas Malisauskas - Namiq Quliyev - 0:1 

 

Belarus (2602) - Azərbaycan-3 (2350) - 3.5:0.5

Sergey Jiqalko – Vüqar Əsədli - 1:0

Andrey Jiqalko – Nail Bəşirli - 0.5:0.5

Kirill Stupak – Abdulla Qədimbəyli - 1:0

Aleksey Aleksandrov – Məhəmməd Muradlı - 1:0

 

İlk turdan sonra turnir cədvəli: 1. Rusiya, 2. ABŞ, 3. Çin, 4. Azərbaycan-1… 55. Azərbaycan-3… 76. Azərbaycan-2 – hamısı 2 xal

 

Qadınlar

Azərbaycan-1 (2320) - Meksika - 2.5:1.5

Zeynəb Məmmədyarova – Diana Real Pereyra - 0:1

Günay Məmmədzadə – Rodrigez Gerrero - 1:0

Aydan Höccətova – Liliya Qodoy - 1:0

Nərmin Kazımova – İvette Ale Morales - 0.5:0.5

 

Azərbaycan-2 (2248) - Monqolustan - 2.5:1.5

Türkan Məmmədyarova – Davaademberel Nomin-Erdine - 0.5:0.5

Nərmin Xələfova – Tuvşintuqs Batçimeq - 0.5:0.5

Ülviyyə Fətəliyeva – Uurtsaix Uuriintuya - 1:0

Nərgiz Umudova – Altan-Ulzii Enxtuul - 0.5:0.5

 

Azərbaycan-3 (2016) – Türkiyə - 1.5:2.5

Nərmin Məmmədova – Yekaterina Atalik - 0.5:0.5

Xanım Balacayeva – Betul Cemre Yıldız - 0.5:0.5

Gövhər Beydullayeva – Kubra Öztürk - 0.5:0.5

Ayan Allahverdiyeva – Zehra Topel - 0:1

 

İlk turdan sonra turnir cədvəli: 1. Çin, 2. Ukrayna, 3. Rusiya… 15. Azərbaycan-1… 25. Azərbaycan-2… 49. Azərbaycan-3 – hamısı 2 xal

0