[b]Dünyanın ən güclüləri - Rüstəm Orucovla Elmar Qasımov[/b]
05.09.2016 - 16:25
[b]Dünyanın ən güclüləri - Rüstəm Orucovla Elmar Qasımov[/b]

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, sentyabr ayı üçün açıqlanan siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar.

 

Belə ki, Rio-2016-nın gümüş medalçıları Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) liderliklərini qoruyublar. Onlar öz çəkilərində yenə birincidi. Braziliyada 5-ci olan Orxan Səfərov (60 kq) isə reytinqdə 2-ci pillədədi.

 

Yığmamızın digər aparıcı cüdoçularına gəlincə, İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şıxəlizadə 8-ci, Tərlan Kərimov 35-ci (hər ikisi 66 kq), Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elxan Məmmədov (100 kq) 19-cu, Uşanqi Kokauri (+100 kq) 22-ci və Aişə Qurbanlı (48 kq) 40-dı.

0