[b]“Bakı ilə bağlı yaxşı xatirələrim var” - Ruslan Ponomaryov[/b]
06.09.2016 - 10:00
[b]“Bakı ilə bağlı yaxşı xatirələrim var” - Ruslan Ponomaryov[/b]

“Bakıda Olimpiadanın təşkilatçılığı çox yüksək səviyyədədi. Hər şeydən razıyam”. Apasport.az saytının məlumatına görə, bunu Ukrayna millisinin şahmatçısı Ruslan Ponomaryov deyib.

 

Sabiq dünya çempionu Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadasının IV turunda rusiyalı Yevgeni Tomaşevski ilə qarşılaşmadan sonra müsahibə verib. Qələbəsinə şərh verən ukraynalı təşkilatçılığa da toxunub. Hər şeydən razı qalan qrossmeyster gözlənilməz bir məqama toxunub: “İsveç stolunun o qədər də həvəskarı deyiləm. Adam çox olur, hər gün eyni yemək verilir. Heç də həmişə sənə çatmır. Eybi yox, istirahət günü İçərişəhərə gedib, orada yeyərəm. Bakıda ilk dəfə 2008-ci ildə olmuşam. Onda Qran-pridə Qata Kamskiyə kömək edirdim. Yadımdadı ki, o vaxt bir mənzildə qalırdım və ev sahibəsi öz bağından dərilmiş narla çox dadlı plov bişirmişdi. Bundan başqa, nərə balığının kababını yemişik. Bir sözlə, Bakı ilə bağlı yaxşı xatirələrim var”.

0