SİZİN REKLAM BURADA

Yapon şahmatçıya texniki məğlubiyyət verilməsinin səbəbi açıqlandı

42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü günündə yarışın baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun iştirakı ilə mətbuat konfransı keçirilib. Yarışın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Həsənov geridə qalan 3 turu belə dəyərləndirib.

 

Onun sözlərinə görə, həmişə ilk tur çətin alınır: “Bəzən hansısa komanda gecikir, bir başqası oyuna gəlmir. Üstəlik, təşkilatı işləri də unutmaq olmaz. İlk turdan sonra hər şey qaydasına düşdü. Geridə qalan müddətdə yarışı ən yüksək səviyyədə keçiririk və əminəm ki, sona qədər də belə olacaq”.

 

Həsənov bildirib ki, olimpiadada 5 qitəni təmsil edən hakimlər iş başındadılar: “Olimpiadada 5 qitəni təmsil edən 192 hakim iş başındadı. Hakimlərin bir qismi oyunçuların qaydalara düzgün riayət etməsinə, kənardan müdaxilələrin olmamasına nəzarət edir. Olimpiadada 13 beynəlxalq hakim məhz bu işə kömək edir. Yarışda azərbaycanlı hakimlərin sayı 30-a bərabərdi. Onlar yüksək səviyyələri ilə seçilirlər”.

 

Olimpiadanın baş hakimi ilk turda bəzi komandaların mübarizəyə qoşulmamasına da münasibət bildirib: “Hər hansı bir gecikmə bizdən asılı deyil. Çünki Bakı Şahmat Olimpiadasının Təşkilat və Əməliyyat Komitələri bütün işləri yüksək səviyyədə təşkil edib. Dövlət başçımız cənab İlham Əliyevin vizalarla bağlı sərəncamı var. Bütün qonaqlar məhz bu sərəncamın sayəsində asanlıqla viza əldə ediblər. Gecikmə halı hər olimpiadada olur. Bu, adi haldı. Bəzən hansısa komanda yarışın baş tutduğu ölkəyə yollanmaq üçün pul tapa bilmir. FİDE-nin qaydalarına görə, iqtisadiyyatı zəif, kasıb ölkələrə hər olimpiadada gəliş-gediş üçün yerli federasiya tərəfindən müəyyən məbləğ ayrılır. Biz tərəfdən bütün öhdəçiliklər yerinə yetirilib”.

 

Faiq Həsənov olimpiadanın üçüncü turunda yaponiyalı şahmatçının cəzalanmasına aydınlıq gətirib: “Qaydalara görə bütün komandalara təlimat verilib ki, oyun zalına qol saatı, qələm, telefon gətirmək olmaz. Lakin III turda kişilərdən ibarət Yaponiya yığmasının dördüncü lövhəsində mübarizə aparan Tanq Tanq özü ilə birgə telefon gətirmişdi. Hakimlər bu halı aşkarladılar. Bu səbəbdən də yapon şahmatçıya texniki məğlubiyyət verildi. Onun turnirdən uzaqlaşdırılması məsələsi də müzakirə edildi. Lakin 2 cəzanın ağır olacağını düşündük. Növbəti dəfə belə həl təkrarlanarsa, həmin idmançı mütləq yarışdan kənarlaşdırılacaq”.

 

Həsənov oyun zamanı şahmatçıların kapitanları ilə təmasına belə imkan verilmədiyini söyləyib: “Oyunlar zamanı hər hansı müdaxilənin olmaması üçün qaydalar sərtləşdirilib. Oyunçular, kapitanlar, məşqçilər nəzarət altındadılar. Hər xırda məqama diqqət yetirilir. Hətta oyunçularla kapitanların siqaret çəkdikləri yerlər ayrılıb ki, hər hansı təmas olmasın. Tromsoda baş tutan son olimpiadada vəziyyət qarışıq idi. Bakı Olimpiadasında görülən işlərimiz FIDE tərəfindən yüksək qiymətləndirilir. Dünən Şəhriyar Məmmədyarova dərman lazım idi. Komandamızın kapitanı Aleksey Dreyev mənə yaxınlaşıb, bu haqda məlumat verdi. Mən isə bildirdim ki, dərmanı görüşün hakiminə təqdim edin. Qoy, o özü dərmanı Şəhriyara versin ki heç bir təmas olmasın”.

 

Yarışın baş hakimi olduğu üçün şahmatçılarımızın çıxışını dəyərləndirmək istəməyən Həsənov, Bakı olimpiadasının tarixə düşəcəyini bildirib: “1984-cü ildən olimpiadalara qatılıram. Əminliklər söyləyirəm ki, bu cür yaddaqalan olimpiada olmayıb. Bakı Şahmat Olimpiadası tarixə düşəcək. Bu, tək mənim fikrim deyil. Hər kəs bu faktı dəstəkləyir”.

 

O, olimpiadadan öncə ölkə prezidenti cənab İlham Əliyevin şahmatçılarımızla görüşünü tarixi hadisə adlandırıb: “Adətən dövlət başçımız idmançılarla yarışlardan sonra görüşür. Lakin bu dəfə cənab prezident şahmatçılarımızla yarışdan əvvəl görüşdü. Bu, tarixi hadisədi. Ölkə rəhbərinin etimadı şahmatçılarımızda ruh yüksəkliyi yaradıb. İlham Əliyevin xoş sözləri, verdiyi dəstək şahmatçılarımız üçün çox yaxşı motivasiyadı. Şahmatçılarımız da cənab prezidentin etimadını doğrultmaq üçün çalışırlar”. 

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10