[b]“Son Olimpiadam olacağını demişdim” - Xetaq Qazyumov[/b]
06.09.2016 - 11:25
[b]“Son Olimpiadam olacağını demişdim” - Xetaq Qazyumov[/b]

“Riodan öncə özüm üçün son Olimpiadam olacağını demişdim. Amma indi nə vaxtsa sevimli işimdən ayrılacağım barədə düşünmək belə istəmirəm”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının güləşçisi Xetaq Qazyumov (97 kq) deyib.

 

Milliləşdirilmiş 33 yaşlı pəhləvan Rusiya mətbuatına karyerası ilə bağlı yekun qərarı vermədiyini açıqlayıb. Olimpiadanın 3 qat mükafatçısı, dünya və Avropa çempionu olan Qazyumovun sözlərinə görə, Rio-2016-dan öncə böyük idmanla vidalaşacağını düşünsə də, artıq bununla bağlı tərəddüd edir: “Güləşi atıram və karyeramı bitirirəm” deyə bilmərəm. Çünki bu psixoloji planda ağırdı. İstirahət etmək, tam sakitlikdə fikirləşmək istəyirəm. Bundan sonra zala gələcəm, müəyyən məşq prosesini keçəcəm. Yalnız bunun ardından sakit rejimdə nə edəcəyimlə bağlı qərar verəcəm”.

 

Qeyd edək ki, Qazyumov Pekin-2008 və London-2012-də bürünc, Rio-2016-da gümüş medal qazanıb.

0