Yığmamız Xorvatiya, Hindistan, Belarus və Boliviyaya qalib gəldi - YENİLƏNİB
09.09.2016 - 20:37
Yığmamız Xorvatiya, Hindistan, Belarus və Boliviyaya qalib gəldi - YENİLƏNİB

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün VII turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində kişilərdən ibarət əsas millimiz Xorvatiyaya qalib gəlib - 0.5:3.5.

 

İkinci komandamız Venesuela ilə heç-heçəyə razılaşıb. Üçüncü yığmamız isə eşitmə qabiliyyəti zəif olan şahmatçılar ittifaqının (ICCD) komandasına uduzub.

 

Olimpiadanın vahid lideri Hindistan isə ABŞ-a məğlub olub.

 

Qadınlardan ibarət əsas yığmamız VII turda Hindistana qalib gəlib. İkinci komandamız Belarusa, üçüncü yığmamız isə Boliviyaya eyni aqibəti yaşadıb.

 

Olimpiada-2016

VII tur

Kişilər

 

Xorvatiya (2619) - Azərbaycan-1 (2705) - 0,5:3,5

İvan Sariç (2668) - Şəhriyar Məmmədyarov (2761) - 0,5:0,5

Miladan Palas (2623) - Teymur Rəcəbov (2722) - 0:1

Zdenko Kozul (2622) – Rauf Məmmədov (2666)

Ante Brkiç (2584) - Eltac Səfərli (2688) - 0:1

 

Azərbaycan-2 (2576) – Venesuela (2428) - 2:2

Vasif Durarbəyli (2612) – Eduardo Bonelli (2650) - 0.5:0.5

Ülvi Bacarani (2509) – Xose Rafael Noqal (2436) - 0:1

Qədir Hüseynov (2625) – Vilson Morales (2378) - 1:0

Namiq Quliyev (2577) – Daniel Marin (2434) - 0.5:0.5

 

Azərbaycan-3 (2350) – ICCD (2312) - 1.5:2.5

Vüqar Əsədli (2406) – Yehuda Qruenfeld (2451) - 1:0

Nail Bəşirli (2387) - Duilio Kollutiis (2441) - 0:1

Abdulla Qədimbəyli (2294) – Vladimir Klasan (2401) - 0.5:0.5

Pərviz Qasımov (2323) – Enxbayar Yançivnyambuu (2049) - 0:1

 

VI turdan sonra turnir cədvəli: 1. Hindistan – 12 xal; 2. ABŞ -11; 3. Hollandiya - 10; ...13. Azərbaycan-1, ...21. Xorvatiya – hər ikisi 9, …34. Azərbaycan-2, Venesuela – hər ikisi 8; ...86. Azərbaycan-3, ...89. ICCD – hər ikisi 6.

 

Qadınlar

Azərbaycan-1 (2320) – Hindistan (2403) - 2.5:1.5

Zeynəb Məmmədyarova (2295) – Dronavalli Harika (2542) - 0.5:0.5

Günay Məmmədzadə (2361) – Rout Padmini (2408) - 1:0

Gülnar Məmmədova (2304) – Saçdev Tania (2402) - 1:0

Aydan Höccətova (2339) – Svaminazan Soumya (2379) - 0:1

 

Azərbaycan-2 (2248) – Belarus (2196) - 3.5:0.5

Türkan Məmmədyarova (2304) – Nastassya Ziaziulkina (2382) - 0,5:0.5

Nərmin Xələfova (2219) – Olqa Bedelka (2222) - 1:0

Ülviyyə Fətəliyeva (2234) – Yekaterina Boqdan (2120) - 1:0

Nərgiz Umudova (2247) – Tatyana Revo (2087) - 1:0

 

Azərbaycan-3 (2016) – Boliviya (1997) - 2.5:1.5

Nərmin Məmmədova (2230) – Mariya Ramires (2104) - 1:0

Xanım Balacayeva (2147) – Natali Monro (2105) - 0.5:0.5

Gövhər Beydullayeva (1994) – Lusia Estrada (1941) - 0.5:0.5

Ayan Allahverdiyeva (1780) – Cessika Molina (1883) - 0.5:0.5

 

VI turdan sonra turnir cədvəli: 1. Rusiya, 2. Ukrayna – hər ikisi 11 xal; 3. Polşa, 4. Rumıniya, 5. Hindistan, 6. Azərbaycan-1 – hamısı 10; ...36. Belarus, 37. Azərbaycan-2, 38. Azərbaycan-3, ...51. Boliviya – hamısı 7.

0