[b]İlk qaranquşun gətirdiyi inkişaf müjdəsi – LAYİHƏ[/b]
10.09.2016 - 13:00
[b]İlk qaranquşun gətirdiyi inkişaf müjdəsi – LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Olimpiada: Azərbaycan üçün “idman ölkəsi” imicini təsdiqləmək imkanı” istiqamətindəki qalib olan mövzunu davam etdirir. Atletlərimizin 4 illiyin möhtəşəm yarışına keçdiyi yolu əhatə edəcək 12 yazıdan altıncısı yığmamızın Olimpiadalardakı ilk medalı və 1996-cı ildə təməli qoyulan mükafatlarımızın yüksələn xətlə qrafiki, Helsinkidən başlayan fəxri kürsü ənənəsinin davam etdirilməsinə həsr olunub.

 

100 illiklə gələn ilk

1996-cı ildə Atlantada keçirilən XXVI Yay Olimpiya Oyunları müasir Olimpiadanın 100 illiyinə təsadüf edirdi. Bütün dünyanın diqqəti ABŞ-da keçirilən bu yarışa köklənmişdi. Bir neçə rekordun vurulması ilə tarixə düşən Oyunlar Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edirdi. Çünki respublikamız Olimpiadada müstəqil ölkə kimi debüt edəcəkdi və bu yarışdan başlayaraq hər bir mükafat Azərbaycan adına yazılacaqdı. Düzdü, məşəlini əfsanəvi Məhəmməd Əlinin alovlandırdığı Atlanta-1996-ya qədər medalsız qalmamışıq. Lakin bu mükafatlar ya tərkibində olduğumuz SSRİ, ya da MDB yığmalarının hesabına yazılıb. Belə ki, Helsinki-1952-də debüt edən ölkəmiz 9 Oyunlara Sovet İttifaqının tərkibində qatılıb. Özü də idmançılarımız bu komandanın heyətində nə az, nə çox - 28 (10 qızıl, 11 gümüş, 7 bürünc medal) dəfə fəxri kürsüyə yüksəliblər. Ardınca Barselona-1992-də MDB komandasının heyətində 2 qızıl və 1 bürünc medal qazanmışıq. Amma Atlanta-1996 hər birimiz üçün fərqli sevinc, yeni tarix və uğurlu start kimi yadda qalacaq. Çünki müstəqil ölkə kimi qatıldığımız Olimpiadada ilk dəfə Azərbaycan adına medal yazıldı. Bu ilki isə bizə sərbəst güləşçimiz Namiq Abdullayev yaşatdı. O, ABŞ-da fəxri kürsünün ikinci pilləsinə qalxsa belə hamı onu çempion kimi qarşıladı. Olimpiadada ilk qaranquşun gətirdiyi müjdə növbəti yarışlarda artan templə davam etməyə başladı.  

 

4 illik inkişaf = 2

Əgər Atlanta-1996-da Azərbaycanı tanımırdılarsa, artıq növbəti Olimpiadada idmançılarımıza ciddi rəqib kimi yanaşırdılar. Çünki 4 ildə ölkə idmanında kifayət qədər dəyişiklik oldu. 1997-ci il iyulun 31-də Milli Olimpiya Komitəsinin (MOK) Baş Məclisi qurumun yeni İdarə Heyətini formalaşdırdı və ardınca hazırda Azərbaycan prezidenti olan İlham Əliyev MOK-un prezidenti seçildi. Bununla Azərbaycanda Olimpiya Hərəkatı daha da genişləndi, intibah dövrünə qədəm qoyuldu. Atlantaya 23 idmançı ilə yollanan ölkəmiz 2000-ci ildə keçirilən Sidney Yay Olimpiya Oyunlarına daha böyük heyətlə - 31 atletlə yollandı. Uzaq Avstraliyaya bir neçə rekordla gedən komandamız burada da ilkləri müəyyənləşdirdi. Yığmamıza stend atıcımız Zemfira Meftahətdinova birinci qızıl medalı qazandırdı, ardınca Namiq Abdullayev Sidneydə Atlantadakı mükafatının əyarını yaxşılaşdırmaqla, ikinci dəfə himnimizi səsləndirdi. Boksçumuz Vüqar Ələkbərov isə bu növdə ilk medalımıza sahib oldu. O, həmçinin ölkəmiz adına da ilk “bürünc”ü yazdırdı. Beləliklə, Sidney-2000 millimiz üçün 3 mükafatla başa çatdı. Bununla da komandamız üçün yeni ənənənin təməli qoyuldu. Yığmamız inkişafını hər növbəti 4 ildə medallarının sayını 2 ədəd artırmaqla davam etdirdi. Bu, Afina-2004-də də, Pekin-2008-də də əksini tapdı. Düzdü, Afinada mükafatlarımızın sayı 5-ə yüksəldi. Amma kəmiyyət baxımından irəliləsək də, keyfiyyət baxımından geri qaldıq. Çünki cəmi 1 çempionluq sevinci yaşadığımız halda, 4 “bürünc”ə sevindik. Sidneydə vurduğumuz “qızıl” rekordu Çinin paytaxtında da təkrarlanmadı. Səbəb isə 7 medalımızdan cəmi birinin “qızıl” olması idi. Digər mükafatlarımızdan 2-sinin əyarı gümüş, 4-ünün bürünc oldu.

 

Londonda qeydə alınan ilk böyük addım

Azərbaycan yığması 5-ci cəhdində daha uğurlu nəticə ilə yadda qaldı. London Olimpiadasına kimi medalların sayını 2 ədəd artıran yığmamız bu dəfə Pekin zəfərinin üzərinə 3 mükafat əlavə etdi. Bu, idman tariximizə yeni rekordlarla düşdü. Çünki medal sayında olduğu kimi əyarında da ilk məhz Böyük Britaniya paytaxtında yaşandı. Olimpiya yığmamız Londonda 2 qızıl, 2 gümüş və 6 bürünc mükafat qazanmaqla tarixinin ən yaxşı göstəricisinə imza atdı. Qızıl sayında 8 il əvvəlki rekordu təkrarlayan komandamızın ümumi medal sayı ilk dəfə 2 rəqəmlə ifadə olundu. 

 

Rioda 2 qat nailiyyət

XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunları Azərbaycan üçün daha uğurlu alındı. Yığmamız müstəqil ölkə kimi qatıldığı ilk 4 Olimpiadada 16 medal qazanmışdısa, bu dəfə 18 mükafatla təltif olundu. Bu da komandamız üçün yeni rekord idi. London-2012 ilə müqayisədə medal əyarını yaxşılaşdıra bilməsək də, mükafat, həmçinin medal qazandığımız idman növlərinin sayında yeni nailiyyətə imza atdıq. Əgər Böyük Britaniyada 10 mükafatı 3 idman növündə əldə etmişdiksə, bu dəfə 18 medalı 5 idman növündə qazandıq. Bir sözlə, hər 2 göstəricidə təxminən ikiqat uğura yiyələndik.

 

64 illik ənənə

Olimpiadalar tariximizin digər maraqlı məqamı odu ki, qatıldığımız bütün Oyunlarda medal qazanmışıq. 64 illik müddətdə 16 yarışın cəmi ikisində 1 mükafatla kifayətlənmişik. Digərlərində ən azı 2 medala sevinmişik. 1952-2016-cı illərdə yalnız bir istisna var. Bu da Los-Anceles-1984-dü. Çünki həmin Oyunları SSRİ boykot etdiyindən ölkəmiz burada iştirak etməyib. Əvəzində idmançılarımız Olimpiadaya yollanmayan ölkələr üçün alternativ yaradılan “Drujba”ya qatılıblar və orada da uğurla çıxış ediblər.

 

Oyunlar

Qızıl

Gümüş

Bürünc

Cəmi

Yer

Helsinki-1952

-

1

1

2

-

Melbrun-1956

-

1

-

1

-

Roma-1960

-

2

-

2

-

Tokio-1964

1

1

3

5

-

Mexiko-1968

2

-

-

2

-

Münhen-1972

1

1

-

2

-

Monreal-1976

2

1

-

3

-

Moskva-1980

1

3

1

5

-

Seul-1988

3

1

2

6

-

Barselona-1992

2

-

1

3

-

Atlanta-1996

0

1

0

1

61

Sidney-2000

2

0

1

3

34

Afina-2004

1

0

4

5

50

Pekin-2008

1

2

4

7

39

London-2012

2

2

6

10

30

Rio-de-Janeyro-2016

1

7

10

18

39

CƏMİ

19

23

33

75

 

 

Təkrarolunmaz Rıskal, iddialı Stadnik

Azərbaycan iştirak etdiyi 16 Olimpiadada 75 medal qazanıb. Bu mükafatlardan 19-u qızıl, 23-ü gümüş və 33-ü bürüncdü.

 

75 medalı 60 idmançımız əldə edib. Onlardan 49-u 1 dəfə fəxri kürsüyə qalxdığı halda, 11-i 2 və daha çox mükafat qazanıb.

 

Olimpiadada bütün mükafatçılarımız

İl

Şəhər

İdmançı sayı

İdmançı

Növ

Yer

1952

Helsinki

5

Rəşid Məmmədbəyov

Sərbəst güləş, 57 kq

2

Artyom Teryan

Yunan-Roma güləşi, 57 kq

3

1956

Melburn

1

Yuri Konovalov

Atletika, 4X100

 

2

1960

Roma

2

Yuri Konovalov

Atletika, 4X100

2

Yevgeni Saltsin

Su polosu

2

1964

Tokio

6

Viktor Mineyev

Müasir beşnövçülük

1

İnna Rıskal

Voleybol

2

Nikolay Kuznetsov

Su polosu

3

Zenon Bortkeviç

Su polosu

3

Aydın İbrahimov

Sərbəst güləş, 57 kq

3

1968

Mexiko

3

İnna Rıskal

Voleybol

1

Vera Lantratova

Voleybol

1

 

1972

 

Münhen

 

3

İnna Rıskal

Voleybol

1

Aleksandr Kornelyuk

Atletika, 4X100 m

 

2

1976

Monreal

3

Rəfiqə Şabanova

Həndbol

1

Lüdmila Şubina

Həndbol

1

İnna Rıskal

Voleybol

2

1980

Moskva

5

Larisa Savkina

Həndbol

1

Vasili Yakuşa

Akademik avarçəkmə, təkadamlıq qayıq

2

Viktor Pereverzev

Akademik avarçəkmə, sükançısı olan 2 nəfərlik qayıq

2

Gennadi Kryuçkin

Akademik avarçəkmə, sükançısı olan 2 nəfərlik qayıq

2

Tatyana Şvıqanova

Otüstü hokkey

3

1984

Los Anceles

 

SSRİ yığması boykot edib

1988

Seul

18

İlqar Məmmədov

Qılıncoynatma, rapira (komanda)

1

Boris Koretski

Qılıncoynatma, rapira (komanda)

1

İqor Ponomaryov

Futbol

1

Aleksandr Lukyanov

Akademik avarçəkmə, 8 nəfərlik qayıq

2

Yelena Quseva

Həndbol

3

Vasili Yakuşa

Akademik avarçəkmə, 2 nəfərlik qayıq

3

1992

Barselona

5

Nazim Hüseynov

Cüdo, 60 kq

1

Valeri Belinki

İdman gimnastikası (komanda)

1

İdman gimnastikası (çoxnövçülük)

3

1996

Atlanta

23

Namiq Abdullayev

Sərbəst güləş, 52 kq

2

2000

Sidney

31

Zemfira Meftahətdinova

Stend atıcılığı

1

Namiq Abdullayev

Sərbəst güləş, 54 kq

1

Vüqar Ələkbərov

Boks, 75 kq

3

2004

Afina

36

Fərid Mansurov

Yunan-Roma güləşi, 66 kq

1

İradə Aşumova

Güllə atıcılığı

3

Zemfira Meftahətdinova

Stend atıcılığı

3

Fuad Aslanov

Boks, 51 kq

3

Ağası Məmmədov

Boks, 54 kq

3

2008

Pekin

44

Elnur Məmmədli

Cüdo, 73 kq

1

Rövşən Bayramov

Yunan-Roma güləşi, 55 kq

2

Vitali Bayramov

Yunan-Roma güləşi, 60 kq

2

Şahin İmranov

Boks, 57 kq

3

Mövlud Mirəliyev

Cüdo, 100 kq

3

Mariya Stadnik

Sərbəst güləş, 48 kq

3

Xetaq Qazyumov

Sərbəst güləş, 96 kq

3

2012

London

53

Toğrul Əsgərov

Sərbəst güləş, 60 kq

1

Şərif Şərifov

Sərbəst güləş, 84 kq

1

Rövşən Bayramov

Yunan-Roma güləşi, 55 kq

2

Mariya Stadnik

Sərbəst güləş, 48 kq

2

Valentin Xristov

Ağırlıqqaldırma, 56 kq

3

Emin Əhmədov

Yunan-Roma güləşi, 74 kq

3

Yuliya Ratkeviç

Sərbəst güləş, 55 kq

3

Teymur Məmmədov

Boks, 91 kq

3

Məhəmmədrəsul Məcidov

Boks, +91 kq

3

Xetaq Qazyumov

Sərbəst güləş, 96 kq

3

2016

Rio-de-Janeyro

56

Radik İsayev

Taekvondo, +80 kq

1

Rüstəm Orucov

Cüdo, 73 kq

2

Elmar Qasımov

Cüdo, 100 kq

2

Mariya Stadnik

Sərbəst güləş, 48 kq

2

Valentin Demyanenko

Kaneo, 200 m

2

Lorenzo Sotomayor

Boks, 64 kq

2

Toğrul Əsgərov

Sərbəst güləş, 65 kq

2

Xetaq Qazyumov

Sərbəst güləş, 97 kq

2

Sabah Şəriəti

Yunan-Roma güləşi, 130 kq

3

İnna Osipenko-Radomskaya

Kayak, 200 m

3

Rəsul Çunayev

Yunan-Roma güləşi, 66 kq

3

Patimat Abakarova

Taekvondo, 49 kq

3

Kamran Şahsuvarlı

Boks, 75 kq

3

Natalya Sinişin

Sərbəst güləş, 53 kq

3

Hacı Əliyev

Sərbəst güləş, 57 kq

3

Cəbrayıl Həsənov

Sərbəst güləş, 74 kq

3

Milad Beiqi Harçeqani

Taekvondo, 80 kq

3

Şərif Şərifov

Sərbəst güləş, 86 kq

3

Cəmi

 

294

 

 

75

 

İdman tariximizdə medal sayında rekord voleybolçu İnna Rıskala məxsusdu. SSRİ yığmasının hücumçusu Olimpiadalarda 2 qızıl, 2 gümüş medal əldə edib. Daha 3 Azərbaycan idmançısı SSRİ və MDB-nin tərkibində çıxış etdiyimiz 1952-1992-ci illərdə 1-dən artıq mükafat qazanıb.

 

Müstəqillik tariximizdə isə rekorda güləşçilər Mariya Stadniklə Xetaq Qazyumov şərikdi. Onların hər ikisinin hesabında 3 mükafat var. Həmçinin Rıskaldan fərqli, həm Qazyumov, həm də Stadnik uğuru komandada deyil, fərdi yarışda qazanıblar. Lakin qadın güləşçimiz medallarının əyarına görə Xetaqı üstələyir. Üstəlik, bu rekordu Stadnik rəsmiləşdirib, Qazyumov isə onu təkrarlayıb.

 

Xetaqın karyerasını davam etdirib, Tokio-2020-də iştirakı sual altında olsa da, hələ 28 yaşı olan Mariya 4 ildən sonra Yaponiyada növbəti uğurunu qazanmaq şansına malikdi. O, bunu reallaşdırarsa, mükafat sayında Rıskala çatacaq.

 

1996-cı ildən Azərbaycan adına yarışan daha 5 idmançının isə aktivində 2 mükafatı var.

 

2 və daha çox medal qazananların siyahısı

 

İdmançı

Növ

Qızıl

Gümüş

Bürünc

Cəmi

İnna Rıskal

Voleybol

2

2

-

4

Namiq Abdullayev

Güləş

1

1

-

2

Toğrul Əsgərov

Güləş

1

1

-

2

Valeri Belinki

İdman gimnastikası

1

-

1

2

Zemfira Meftahətdinova

Atıcılıq

1

-

1

2

Şərif Şərifov

Güləş

1

-

1

2

Mariya Stadnik

Güləş

-

2

1

3

Yuri Konovalov

Atletika

-

2

-

2

Rövşən Bayramov

Güləş

-

2

-

2

Xetaq Qazyumov

Güləş

-

1

2

3

Vasili Yakuşa

Akademik avarçəkmə

-

1

1

2

 

Uğur qazandığımız 17 növ

İdmançılarımızın aktivində olan medallar 17 növdə qazanılıb. Bunların əksəriyyəti SSRİ yığmasının tərkibində olduğumuz dövrə təsadüf edib. Əgər həmin dövr əsasən komanda idman növlərində uğur qazanmışdıqsa, müstəqillikdən sonra yalnız şəxsi mübarizədə medala sevinmişik. Ümumilikdə götürsək, mükafatlarımızın təxminən 1/3-ni güləşçilərimiz qazanıb. Bu siyahıda boks növü ikinci olduğu halda, voleybol, akademik avarçəkmə və cüdo növləri 3-5-ci yerlərə şərikdi.

 

Növ

Qızıl

Gümüş

Bürünc

Cəmi

Güləş

4

9

13

26

Voleybol

3

2

-

5

Su polosu

-

1

2

3

Atletika

-

3

-

3

Atıcılıq

1

-

2

3

Ağırlıqqaldırma

0

0

1

1

Müasir beşnövçülük

1

0

0

1

Həndbol

3

0

1

4

Akademik avarçəkmə

-

4

1

5

Qılıncoynatma

2

-

-

2

İdman gimnastikası

1

-

1

2

Kayak və kanoe

-

1

1

2

Boks

-

1

7

8

Taekvondo

1

-

2

3

Futbol

1

-

-

1

Cüdo

2

2

1

5

Otüstü hokkey

-

-

1

1

CƏMİ

19

23

33

75

 

Dünyanın 58-cisi

Yığmamız 75 medalı 3 komandanın heyətində qazanıb. Əsas uğurumuza müstəqillik illərində imza atmışıq. Yay Olimpiya Oyunlarında 1996-cı ildə debüt edən Azərbaycan 44 medala yiyələnib. Mükafatların əyarı baxımından ölkəmiz Olimpiya Oyunları tarixinin ümumi medal siyahısında 58-ci pillədə qərarlaşıb. Sabiq SSRİ təmsilçiləri arasında 8-ci olan Azərbaycan Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Özbəkistan, Estoniya və Gürcüstandan geri qalır.

 

Siyahıya isə ABŞ başçılıq edir. 1000-ci qızılını Rio-2016-da qazanan amerikalılar 794 gümüş, 704 bürünc əldə edib. 27 Olimpiadada çıxış edən şimali amerikalılar cəmi 2520 mükafat əldə edib.

 

 

Qızıl

Gümüş

Bürünc

CƏMİ

SSRİ yığması (1952-1988)

10

11

7

28

MDB yığması (1992)

2

-

1

3

Azərbaycan yığması

7

12

25

44

CƏMİ

19

23

33

75

 

Tahir HÜMMƏTOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

0