[b]Yığmamız Avropa çempionatına 14 cüdoçu ilə yollanır[/b]
10.09.2016 - 13:27
[b]Yığmamız Avropa çempionatına 14 cüdoçu ilə yollanır[/b]

Sentyabrın 16-da İspaniyanın Malaqa şəhərində gənc cüdoçular arasında Avropa çempionatı start götürəcək. Cüdo Federasiyasından apasport.az saytına verilən məlumat görə, 3 gün davam edəcək yarışda Azərbaycan yığması da iştirak edəcək.

 

Millimiz fərdi yarışlarla yanaşı, komanda mübarizəsinə də qatılacaq.

 

Bakıda baş məşqçi Rəşad Məmmədovun başçılığı altında təlim-məşq toplanışını davam etdirən cüdoçularımız sentyabrın 13-də İspaniyaya yola düşəcək. Mötəbər yarışda ölkəmizi Natiq Qurbanlı, Kəramət Hüseynov (hər ikisi 55 kq), Tofiq Məmmədov, Murad Heydərli (hər ikisi 60 kq), Hidayət Heydərov, Hasil Cəfərov (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Aslan Mirzəyev, Azər Yaqubov (hər ikisi 90 kq), Etibar Zeynalov (100 kq), Şəfəq Həmidova (44 kq), Leyla Alıyeva (48 kq), Səkinə Zayırova və Leyla Şahin (hər ikisi 57 kq) təmsil edəcəklər.

 

Qeyd edək ki, Avropa çempionatında 43 ölkədən 409 idmançı mübarizə aparacaq.

0