[b]Rio-2016: Azərbaycan atleti bürünc medal qazandı[/b]
12.09.2016 - 22:50
[b]Rio-2016: Azərbaycan atleti  bürünc medal qazandı[/b]

Azərbaycanın atletika yığmasının üzvü Yelena Çebanu XV Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. Apasport.az saytının məlumatına görə, qaçış yarışlarının finalında 200 m məsafəni 23,80 saniyəyə qət edən Y.Çebanu üçüncü yerə sahib olub.

 

Bundan əvvəl idmançımız Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş medal qazanmışdı.

 

Hazırda Azərbaycan yığmasının hesabında 6 medal var.

0