Millimiz Olimpiadada 8-ci oldu
13.09.2016 - 17:30
Millimiz Olimpiadada 8-ci oldu

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün son turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət əsas yığmamız Türkmənistan millisi ilə münasibətləri ayırd edib. 

 

Azərbaycanın ikinci komandası Boliviya, üçüncü yığması isə Albaniya ilə üz-üzə gəlib.

 

Qadınlardan ibarət şahmatçılarımız da son turun görüşlərini keçiriblər. Olimpiadada iştirak edən millilərimiz müvafiq olaraq Malayziya, İran və Makedoniya qrossmeysterləri ilə qarşılaşıblar. Qadınlardan ibarət birinci komandamız yarışı 8-ci pillədə başa çatdırıb. 

 

 

Bakı Şahmat Olimpiadası

X tur

Kişilər

 

Türkmənistan (2416) – Azərbaycan-1 (2706) - 1:3

Maksat Atabayev (2485) – Teymur Rəcəbov (2722) - 0,5:0,5

Yusup Atabayev (2453) – Rauf Məmmədov (2666) - 0,5:0,5

Saparmırat Atabayev (2406) – Arkadi Naydiç (2696) - 0:1

Xandzar Odyev (2401) – Eltac Səfərli (2688) - 0:1
 

Azərbaycan-2 (2575) - Boliviya (2272) - 3:1

Vasif Durarbəyli (2612) – Xose Daniel Cemi (2384) - 0:1

Nicat Abbasov (2552) – Luis Migel Aqillar (2301) - 1:0

Ülvi Bacarani (2509) – Anoday Delqadillo (2232) - 1:0

Namiq Quliyev (2577) – Alexandro Parraqa (2173) - 1:0
 

Azərbaycan-3 (2348) - Albaniya (2398) - 2:2

Vüqar Əsədli (2406) – Erald Dervişi (2564) - 0,5:0,5

Nail Bəşirli (2387) – Dritan Mehmeti (2415) - 1:0

Abdulla Qədimbəyli (2294) – İlir Seitaj (2374) - 0,5:0,5

Pərviz Qasımov (2323) – Frants Aşiku (2322) - 0:1

 

Turnir cədvəli: 1. ABŞ - 20 xal; 2.Ukrayna – 20; 3. Rusiya – 18; …12. Azərbaycan-1 – 15; ...26. Azərbaycan-2 - 14, ...49. Azərbaycan-3 - 13.

 

 

Qadınlar

 

Azərbaycan-1 (2320) - Malayziya (1965) - 3:1

Zeynəb Məmmədyarova (2295) – Li Tinq Tan (1993) - 0,5:0,5

Günay Məmmədzadə (2361) - Aliya Bakri (1923) - 0,5:0,5

Aydan Höccətova (2339) – Nur Nabilya Azman (1994) - 1:0

Nərmin Kazımova (2302) – Puteri Rifqax Azxar (1945) - 1:0
 

İran (2276) – Azərbaycan-2 (2243) - 3,5:0,5

Sarasadat Xademalşariex (2429) – Türkan Məmmədyarova (2304) - 1:0

Atousa Purkaşian (2335) – Nərmin Xələfova (2219) - 1:0

Mitra Xidjazipur (2314) – Ülviyyə Fətəliyeva (2234) - 1:0

Qazal Hakimifard (2308) – Nərgiz Umudova (2247- 0,5:0,5

 

Makedoniya (1880) – Azərbaycan-3 (1987) - 0:4

Monika Stoykovska (2033) – Nərmin Məmmədova (2230) - 0:1

Boyana Beyatoviç (2063) – Xanım Balacayeva (2147) - 0:1

Draqana Nikolovska (1886) – Gövhər Beydullayeva (1994) - 0:1

İvana Manova (1724) – Ayan Allahverdiyeva (1780) - 0:1

 

Turnir cədvəli: 1. Çin - 20 xal; 2. Polşa - 17; 3. Ukrayna – 17; ...8. Azərbaycan-1 - 16, ...30. Azərbaycan-2 – 13; ...32. Azərbaycan-3 - 13.  

0