[b]“Bu, reallığı əks etdirmir” - nazirlik[/b]
14.09.2016 - 13:59
[b]“Bu, reallığı əks etdirmir” - nazirlik[/b]

“Bu, reallığı əks etdirmir. Ağırlıqqaldırma üzrə Azərbaycan millisi bir müddət öncə İordaniyanın paytaxtı Ammanda İslam Həmrəyliyi Federasiyasının çempionatında iştirak edib. Komandamız bu yarışdan vətənə 2 qızıl və 5 gümüş medalla qayıdıb”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.

 

Qurum sözçüsü Azərbaycan Ağır Atletika Federasiyasının Çin və Ukrayna ilə birlikdə 1 il müddətinə diskvalifikasiya olunacağı ilə bağlı xəbəri təkzib edib. O, Pekin-2008-dəki dopinq testləri müsbət nəticə verdiyi üçün cəzalanacağı iddia olunan ölkəmizi belə sanksiyanın gözləmədiyini deyib: “Yığmamız üçün yarışlar bir-birini əvəzləyir. İslam Həmrəyliyi Federasiyasının çempionatının ardınca atletlərimiz Polşada yeniyetmələrin Avropa birinciliyinə qatılıb. Artıq millimizin üzvü Səbinə Əzimova çempion adını da qazanıb. Əgər komanda diskvalifikasiya olunursa, yarışlarda iştirak edə bilməz. Ancaq bizim millimiz turnirlərdə gücüm yoxlayır. Yəni bu məlumat reallığı əks etdirmir. Düzdü, komandamızda dopinq problemi olub. Lakin hazırda bunun həlli istiqamətində işlər görülür və ümid edirik ki, gələcəkdə bu çətinliklə üzləşməyəcəyik”.

 

Qeyd edək ki, ağırlıqqaldıranlarımız dopinq qalmaqalına görə Rio Olimpiadasına buraxılmayıblar.

0