[b]Yığmamızın Avropa çempionatı üçün “11-liyi”[/b]
15.09.2016 - 11:33
[b]Yığmamızın Avropa çempionatı üçün “11-liyi”[/b]

Sentyabrın 16-da Polşanın paytaxtı Varşavada parataekvondo üzrə Avropa çempionatı keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa Azərbaycan yığması da qatılacaq.

 

Sayca 5-ci olan qitə çempionatında ölkəmizi 4 kateqoriyada 11 idmançı təmsil edəcək. Baş məşqçisi Əvəz Tağıyev Varşavada Anar Hüseynov (61 kq, K 41), Namiq Abbasov (61 kq, K 43), Şəhmir İbadov (61 kq, K 42), Rövşən Qəhramanlı (61 kq, K 44), Nicat Müslümov (75 kq, K 42), Xəzər Mirzəyev (75 kq, K 43), Əbülfəz Abuzərli (75 kq, K 44), Aleksandr Poluşuk (+75 kq, K 42), Vüqar Adışirinov (+75 kq, K 44), Röyalə Fətəliyevaya (58 kq, K 44) və Aynur Məmmədovanı (+58 kq, K 44) sınaqdan çıxaracaq.

 

Səfərə Azərbaycan Taekvondo Federasiyasının baş katibi, parataekvondo millisinin rəhbəri Həmdiyyə Məmmədov da yollanıb.

 

Qeyd edək ki, G4 kateqoriyalı yarışın qalibləri aktivinə 40 reytinq xalı əlavə edəcək. Komandamız vətənə sentyabrın 17-də qayıdacaq.

0