[b]Dabo "Qəbələ"ni zirvəyə daşıdı - YENİLƏNİB[/b]
22.09.2016 - 18:51
[b]Dabo "Qəbələ"ni zirvəyə daşıdı - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında bir oyun baş tutub. Apasport.az saytının məlumatına görə, III turdan təxirə salınmış görüşdə “Qəbələ” “Sumqayıt”ı qəbul edib.

 

Qonaqların müqavimətini yalnız matçın sonlarında qıran “qırmızı-qaralar” 2:0 hesabı ilə qalib gəlib. “Qəbələ”yə 3 xalı Baqali Dabonun qolları qazandırıb. Matçın sonunda dubl edən fransalı bombardirlər yarışında liderliyini möhkəmlədib.

 

Hesabında 6 qol olan Dabo dublu ilə “Qəbələ”ni də zirvəyə daşıyıb. Hesabında 13 xal olan əyalət klubu ilk turda olduğu kimi yenə liderliyi ələ keçirib.

 

Topaz Premyer Liqası

III turdan təxirə salınan oyun
22 sentyabr (cümə axşamı)

 

“Qəbələ” – “Sumqayıt” - 2:0
Qollar: Baqali Dabo, 85; 90

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu
 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 13. Murad Musayev, 18. Baqali Dabo, 20. Rikardinyo, 27. Teo Uiks, 30. Petar Franyiç, 34. Ürfan Abbasov, 44. Rafael Santos

Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

 

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 66. Afşin Esmaeilzadeh, 74. Yusif Nəbiyev

 Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Rail Məlikov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 11. İbrahim Abednezhad, 22. Mirabdulla Abbasov, 42. Kamran Abdullazadə

Baş məşqçi: Samir Abasov

 

 

Turnir cədvəli 

 

1.

Qəbələ

5

4

1

0

15-0

13

2.

Qarabağ

5

4

0

1

14-2

12

3.

İnter

5

3

2

0

8-5

11

4.

Kəpəz

5

1

3

1

5-5

6

5.

Zirə

5

2

0

3

4-6

6

6.

Sumqayıt 

5

1

1

3

3-7

4

7.

Neftçi

5

1

0

4

3-14

3

8.

 AZAL

5

0

1

4

1-14

1

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 6.

 

0