[b]Olimpiya lisenziyasını “özəlləşdirənlər” - LAYİHƏ[/b]
25.09.2016 - 13:12
[b]Olimpiya lisenziyasını “özəlləşdirənlər” - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Olimpiada: Azərbaycan üçün “idman ölkəsi” imicini təsdiqləmək imkanı” istiqamətindəki qalib olan mövzunu davam etdirir. Atletlərimizin 4 illiyin möhtəşəm yarışına keçdiyi yolu əhatə edəcək 12 yazıdan səkkizincisi Olimpiya lisenziyasını “özəlləşdirənlər”ə həsr olunur. Bu dəfə Olimpiadada daha çox çıxış edən idmançılarımız və onların həsəd apara biləcəyi dünya ulduzlarından söhbət açacağıq.

 

Fenomenal Aşumova

Müstəqil Azərbaycanı Olimpiya Oyunlarında ən çox İradə Aşumova təmsil edib. Güllə atıcımız yarışlara 4 dəfə qatılmaqla mütləq rekordçumuzdu. Onun bu göstəricisi daha böyük ola bilərdi. Lakin 38 yaş 152 günlüyündə Atlanta-1996-da debüt edən həmyerlimiz ardıcıl 3 lisenziyadan sonra Pekin-2008-ə yollana bilməyib. 4 ildən sonra Londonda komandamızın heyətində yer alan snayper əgər Çində keçirilən Olimpiadanı buraxmasaydı, bu rəqəm 5-ə çatacaqdı.

 

Rio-de-Janeyroya-2016-ya getmək arzusunda olan Aşumovanın karyerasını bitirməsi də gözlənilməz olub. Çünki Olimpiya tsiklində lisenziya yarışlarına 2 ampluada – idmançı və baş məşqçi kimi qatılan güllə atıcısı bəzi tənqidlərə cavab verməyərək, tapançasını yerə qoydu. Əgər o, rəqibi olmadığı ölkəmizi Braziliyada da təmsil etsəydi, yenə də rekordunu artıracaqdı. Düzdü, bu idman növündə yaş o qədər də önəm daşımır və bir çox snayperlər sonradan da karyeralarını bərpa da edirlər. Hətta bir çox Olimpiadalara nəzər yetirsək, oradakı ən yaşlı idmançıların məhz atıcılar olduğunu görərik. Məsələn, kişilərin yarışında latviyalı Afanasi Kuzmin 9, qadınların mübarizəsində isə gürcüstanlı Nino Salukvadze 8 dəfə iştirak edib. Kuzmin 65 yaşına kimi Olimpiadaya yollandığı halda, 47 yaşlı Salukvadze hələ də karyerasını davam etdirir. O, hətta son Olimpiadada oğlu ilə birgə hədəf önünə keçib. Aşumavanın karyerasını bitirməsi isə oğlu Ruslan Lunyovla eyni vaxtda Oyunlarda çıxış etməsinə əngəl oldu. Bununla da təmsilçilərimiz Salukvadze ilə oğlunun imza atdığı ilkə şərik ola bilmədi.

 

Mariya Stadnikin rekord şansı

Azərbaycan millisinin heyətində cəmi 9 nəfər Olimpiadalarda 3 dəfə iştirak edib. İlk dəfə bu xoşbəxtliyə Aşumova ilə birgə Namiq və Arif Abdullayev qardaşları nail olublar. Sərbəst güləşçilərimiz Atlanta-1996, Sidney-2000 və Afina-2004-də iştirak ediblər.

 

Bu “9-luq”dan 6-sı karyerasını bitirdiyi halda, 3-ü Rio-2016-da da qüvvəsini sınayıb. Bu o deməkdi ki, növbəti Oyunlara da onların – Xetaq Qazyumov, Mariya Stadnik və Rövşən Bayramovun potensial şansı var. Çünki hələlik heç biri karyeralarını bitirdiklərini açıqlamayıblar. Aşumovanın rekorduna çatmaq və hətta keçmək üçün ən real namizəd isə digər iki güləşçidən gənc olan Mariya Stadnikdi.

 

Olimpiadada 3 dəfə iştirak edən idmançılarımızın nəticələrinə gəlincə, onlardan 2-si hər 3 cəhdində medal qazanıb. Lakin Stadniklə Qazyumovun hesabında hələ də çempionluq yoxdu. Bu idmançılar arasında Azərbaycan himnini səsləndirənlər isə Namiq Abdullayevlə Zemfira Meftahətdinovadı. Onların hərəsinin 2 medalı var. Güləşçimiz bir dəfə finalda uduzub, digərində çempion olduğu halda, stend atıcımız 1 qızıl və 1 bürünc mükafata sahibdi. Bayramov da 3 Olimpiadada 2 medal qazanıb. Lakin onun hər 2 “qazancı” gümüşdü. Turan Mirzəyev, Mehman Əzizov, Nizami Paşayev və Arif Abdullayev Oyunlara 3 dəfə yollansa da, əliboş qayıdıblar. Lakin ilk 3 idmançı ilə müqayisədə Abdullayev sonuncu yarışında xəstəlik səbəbindən döşək üzərinə çıxmayıb.

 

Liderlik arzusunda olanlar

Daha 42 idmançımız isə Olimpiadaya bir dəfədən artıq yollanıb. Bunlardan 15-i ikinci cəhdini Rio-2016-da gerçəkləşdirdiyindən çoxunu Tokio-2020-də görməyimiz də istisna deyil. Təbii ki, müəyyən məqamlar da diqqətdən qaçmamalıdı. Məsələn, kanoeçimiz Valentin Demyanenkonun iştirak etdiyi 200 m məsafəyə yürüş Olimpiya proqramından çıxarıldığından onun başqa məsafədə iştirakı inandırıcı görünmür. Milliləşdirilmiş ukraynalı karyerası ilə bağlı yekun qərarını açıqlamasa da, 4 il sonra yaşı da ona medallar uğrunda yarışmağa problem yarada bilər. Ondan fərqli, Məhəmmədrəsul Məcidovun böyük idmanla vidalaşdığı artıq dəqiqləşib. Boksçumuz kimi Olimpiya bürüncünə sahib Yuliya Ratkeviçin də eyni addımı atması gözləniləndi.

 

Bu siyahıda ən gənc olan Fəridə Əzizova, həmçinin Toğrul Əsgərov, Teymur Məmmədov, Elvin Məmişzadə, Rüstəm Orucov və daha bir neçə idmançımız nəinki 1, hətta 2 Olimpiadada da iştirak etmək şansına malikdi. Onlar hətta digər ölkələrlə müqayisədə cəmi 6 Oyunlara qatılan yığmamızda yeni rekord vurmaqla, liderə də çevrilə bilərlər.

 

2 Olimpiadaya qatılıb, 2 medal qazanan idmançılarımızın sayı isə elə ikidi. Bunlar Toğrul Əsgərovla Şərif Şərifovdu. Onların hər ikisi London-2012-də çempion adına yiyələndikləri halda, Rioda yalnız finalda məğlub olublar.

 

20 ildə 182 idmançı

Atlanta-1996-dan başlayaraq Olimpiadada iştirak edən yığmamızın şərəfini indiyədək 182 idmançı qoruyub. Yuxarıda qeyd etdiyimiz kimi 1-i 4, 9-u 3 və 42-si 2 dəfə belə imkan qazanıbsa, 130 nəfərə bu həyəcanı yaşamaq 1 dəfə nəsib olub. Olimpiadaların uzun ömürlülərinin təmsil etdiyi növlərə gəlincə, əsasən güləşçilər, atıcılar və ağırlıqqaldıranların ön sıralarda olduğunu görürük. Siyahıya digər növlərlə müqayisədə boks və cüdonu da əlavə etmək mümkündü.  

 

2 və daha çox Olimpiadada iştirak edən Azərbaycan idmançıları

İdmançı

Təvəllüdü

İştirak illəri

Olimpiada sayı

İdman növü

Q

G

B

Cəmi

İradə Aşumova

1958

1996-2004, 2012

4

Güllə atıcılığı

-

-

1

1

Namiq Abdullayev

1971

1996-2004

3

Sərbəst güləş

1

1

-

2

Zemfira Meftahətdinova

1963

2000-2008

3

Stend atıcılığı

1

-

1

2

Turan Mirzəyev

1979

2000-2008

3

Ağırlıqqaldırma

-

-

-

-

Mehman Əzizov

1976

2000-2008

3

Cüdo

-

-

-

-

Xetaq Qazyumov

1983

2008-2016

3

Sərbəst güləş

-

1

2

3

Arif Abdullayev

1968

1996-2004

3

Sərbəst güləş

-

-

-

-

Mariya Stadnik

1988

2008-2016

3

Güləş

 

2

1

3

Nizami Paşayev

1981

2000-2008

3

Ağırlıqqaldırma

-

-

-

-

Rövşən Bayramov

1987

2008-2016

3

Yunan-Roma güləşi

-

2

-

2

Fərid Mansurov

1982

2004-2008

2

Yunan-Roma güləşi

1

-

-

1

Şahin İmranov

1980

2004-2008

2

Boks

-

-

1

1

Elçin İsmayılov

1982

2000-2004

2

Cüdo

-

-

-

-

Əli İsmayılov

1974

2000-2004

2

Boks

-

-

-

-

Mövlud Mirəliyev

1974

2004-2008

2

Cüdo

-

-

1

1

Asif Məlikov

1971

1996, 2004

2

Ağırlıqqaldırma

-

-

-

-

Teymur Qasımov

1973

2000-2004

2

Atletika

-

-

-

-

Vitali Rəhimov

1984

2004-2008

2

Yunan-Roma güləşi

-

1

-

1

Ruslan Xairov

1976

2000-2004

2

Boks

-

-

-

-

Rəşad Əhmədov

1981

2004-2008

2

Taekvondo

-

-

-

-

Vüqar Ələkbərov

1981

2000-2004

2

Boks

-

-

1

1

Elxan Məmmədov

1982

2008-2012

2

Cüdo

-

-

-

-

Aliyə Qarayeva

1988

2008-2012

2

Bədii gimnastika

-

-

-

-

Camal Rəhimov

1987

2008-2012

2

Atçılıq idmanı

-

-

-

-

Cəbrayıl Həsənov

1990

2012-2016

2

Sərbəst güləş

 

 

 

 

Davud Məhəmmədov

1970

1996-2000

2

Sərbəst güləş

-

-

-

-

Əfqan Bayramov

1983

2008-2012

2

Ağırlıqqaldırma

-

-

-

-

Elmar Qasımov

1990

2012-2016

2

Cüdo

-

1

-

1

Elnur Məmmədli

1988

2008-2012

2

Cüdo

1

-

-

1

Elşad Allahverdiyev

1973

1996-2000

2

Sərbəst güləş

 

 

 

 

Elvin Məmişzadə

1991

2012-2016

2

Boks

-

-

-

-

Emin Quliyev

1975

1996-2000

2

Üzgüçülük

-

-

-

-

Fəridə Əzizova

1995

2012-2016

2

Taekvondo

-

-

-

-

Hayle İbrahimov

1990

2012-2016

2

Atletika

-

-

-

-

İntiqam Zairov

1985

2008-2012

2

Ağırlıqqaldırma

-

-

-

-

Kifayət Qasımova

1983

2008-2012

2

Cüdo

-

-

-

-

Məhəmmədrəsul Məcidov

1986

2012-2016

2

Boks

-

-

1

1

Oksana Hətəmxanova

1990

2008-2012

2

Üzgüçülük

-

-

-

-

Səbinə Mikina

1987

2012-2016

2

Qılıncoynatma

-

-

-

-

Sərdar Həsənov

1985

2008-2012

2

Ağırlıqqaldırma

-

-

-

-

Sergey Boçkov

1979

2000-2004

2

Atletika

-

-

-

-

Şərif Şərifov

1988

2012-2016

2

Güləş

1

1

-

2

Valentin Demyanenko

1983

2012-2016

2

Kanoe

-

1

-

1

Yuliya Ratkeviç

1985

2012-2016

2

Güləş

-

-

1

1

Zülfiyyə Hüseynova

1970

1996-2000

2

Cüdo

-

-

-

-

Teymur Məmmədov

1993

2012-2016

2

Boks

-

-

1

1

Emin Cəbrayılov

1978

1996-2000

2

Suyatullanma

-

-

-

-

Rüstəm Orucov

1991

2012-2016

2

Cüdo

-

1

-

1

Şalva Qadabadze

1984

2008-2012

2

Yunan-Roma güləşi

-

-

-

-

Toğrul Əsgərov

1992

2012-2016

2

Sərbəst güləş

1

1

-

2

Aleksandr Aleksandrov

1990

2012-2016

2

Akademik avarçəkmə

-

-

-

-

Camaləddin Maqomedov

1989

2012-2016

2

Sərbəst güləş

-

-

-

-

 

2 və daha çox bayraq altında

Son 6 Olimpiadada çıxış edən yığmamızın heyətində elə idmançılar olub ki, onlar tək üçrəngli bayrağımızın deyil, başqa ölkələr adından da çıxış ediblər. Bu atletlərdən bəzilərinin ölkəmizin daxilində olduğu SSRİ və MDB-ni təmsil etməsi normal haldı. Çünki İttifaq dağıldıqdan sonra onlar öz seçimlərinə uyğun yolla davam etdilər. Həmyerlilərimizdən Valeri Timoxin həm SSRİ, həm MDB, həm də Azərbaycan yığmaları ilə 5 illiyin mötəbər yarışına qatıldı. Ondan başqa, Nazim Hüseynov da MDB və Azərbaycan millisində çıxış edib. Lakin bəzi idmançılar olub ki, Barselona-1992-ci ildə digər İttifaq yığmalarının heyətində yer aldığı halda, 4 il sonra Azərbaycan adından Olimpiadaya yollanıb. Bunlar Maqomedsalam Hacıyevlə İslam Duquçiyevdi.

 

Amma elə atletlər də olub ki, onların bir neçə ölkənin şərəfini qoruması təmsil etdiyi yığmanın dağılması ilə bağlı deyil. Əvvəllər İran, Ukrayna, Belarus, Rusiya, Türkiyə və Bolqarıstan millilərinin heyətində çıxış edən 13 idmançı sonradan Azərbaycan adından mübarizə aparmağa üstünlük verib. Belələri arasında daha çox iştirak edən İnna Osipenko-Radomskayadı. Onun hesabında 5 Olimpiada var. Lakin milliləşdirilmiş ukraynalı bunların yalnız 1-də Azərbaycan üçün yarışıb. 2 və daha çox ölkələrin şərəfini qoruyanlar arasında medal alanlara da rast gəlinir. Elə həmin İnna həm Ukrayna, həm də Azərbaycanda buna müyəssər olub. Onun hesabında 1 qızıl, 2 gümüş və 2 bürünc medal var. Digər mükafat alanlar yeganə uğurunu ya bizədək, ya da bizimlə qazanıb.

 

Sonradan komandamızı seçənlər arasında yalnız Çolakov London Olimpiadasına yollansa da, zədə bəhanəsi ilə körpücük üzərinə çıxmayıb.  

 

Yığmasını dəyişənlər arasında həmyerlimiz də var. Müstəqilliyin ilk illərində ölkəmizdən ayrılıb, Türkiyəyə üz tutan Ağası Məmmədov 2 yığmaya lisenziya qazandırıb. Boksçumuz Sidneydə “ay-ulduzlu” komandanın heyətində rinqə çıxsa da, 4 il sonra Olimpiadaya üçrəngli bayrağımız altında yollanıb.

 

Başqa millilərdən yığmamıza üz tutanlar

İdmançı

Ölkəsi

Təvəllüdü

İştirak illəri

Olimpiada sayı

İdman növü

Q

G

B

Cəmi

İnna Osipenko-Radomskaya

Ukrayna (4)

Azərbaycan (1)

1982

2000-2016

5

Kayak

1

2

2

5

 

Valeri Timoxin

SSRİ (1)

MDB (1)

Azərbaycan (1)

 

1959

 

1988-1996

 

3

 

Stend atıcılığı

 

-

 

-

 

-

 

-

Saman Təhmasibi

İran (1)

Azərbaycan (2)

1985

2008-2016

3

Yunan-Roma güləşi

-

-

-

-

Maksim Prokopenko

Ukrayna (2)

Azərbaycan (1)

1984

2004-2012

3

Kanoe

-

-

-

-

Maqomedsalam Hacıyev

MDB (1)

Azərbaycan (1)

1972

1988-1992

2

Sərbəst güləş

-

-

-

-

Nazim Hüseynov

MDB (1)

Azərbaycan (1)

1969

1992-1996

2

Cüdo

1

-

-

1

Ağası Məmmədov

Türkiyə (1)

Azərbaycan (1)

1980

2000-2004

2

Boks

-

-

1

1

İslam Duquçiyev

MDB (1)

Azərbaycan (1)

1966

1992, 2000

2

Yunan-Roma güləşi

-

1

-

1

Sergey Bezuqlıy

Ukrayna (1)

Azərbaycan (1)

1984

2008-2012

2

Kanoe

-

-

-

-

Yelena Çalıx

Rusiya (1)

Azərbaycan (1)

1974

2004, 2012

2

Velosiped idmanı

-

-

-

-

Yevgeni Lazuka

Belarus (1)

Azərbaycan (1)

1989

2008-2012

2

Üzgüçülük

-

-

-

-

Natalya Mustafayeva

Ukrayna (1)

Azərbaycan (1)

1985

2008-2012

2

Akademik avarçəkmə

-

-

-

-

Anna Skidan

Ukrayna (1)

Azərbaycan (1)

1992

2012-2016

2

Atletika

-

-

-

-

Albert Səlimov

Rusiya (1)

Azərbaycan (1)

1986

2008, 2016

2

Boks

-

-

-

-

Olqa İsmayılova

Belarus (1)

Azərbaycan (1)

1985

2012-2016

2

Velosiped idmanı

-

-

-

-

Oleq Stepko

Ukrayna (1)

Azərbaycan (1)

1994

2012-2016

2

İdman gimnastikası

-

-

-

-

Nataliya Sinişin

Ukrayna (1)

Azərbaycan (1)

1985

2008, 2016

2

Sərbəst güləş

-

-

1

1

Veliçko Çolakov

Bolqarıstan (1)

Azərbaycan (1)

1982

2004, 2012

2

Ağırlıqqaldırma

-

-

1

1

 

İtirdiyimiz “3-lük”

Millimiz heyətinə başqa yığmalardan cəlb etdiyi idmançıları qazansa da, özü də itkilərdən sığortalanmayıb. Belə ki, müstəqillik illərində Azərbaycanı Olimpiadada təmsil edən 3 atlet sonradan başqa yığmanın da şərəfini qoruyub. Fərqli idman növlərində çıxış edən bu idmançılardan ikisi ölkəmiz üçün real medal itkisi kimi də dəyərləndirilə bilər. Çünki onların hər ikisi yeni ölkələrində daha uğurla çıxış edərək, fəxri kürsüyə qalxıb. Atlanta-1996-da yığmamızın heyətində 5-ci olan Maqomed İbrahimov Makedoniyaya bürünc, Sidney-2000-də ilk döyüşdəcə uduzan Maqomed Ariphaciyev Belarusa gümüş mükafat qazandırıb. Bu “üçlük”də Azərbaycandan qalmaqalla ayrılan Ramil Quliyev hələlik medala sahib olmayıb. Amma əvəzində o, atletlərimizin hələ də həsrətlə baxdığı finala yüksəlib. Həmyerlimiz Türkiyə adından Rio-2016-da 8-ci olub.

 

Azərbaycanı başqa yığmaya dəyişənlər

İdmançı

Ölkəsi

Təvəllüdü

İştirak illəri

Olimpiada sayı

İdman növü

Q

G

B

Cəmi

Maqomed İbrahimov

Azərbaycan (1)

Makedoniya (2)

1974

1996-2004

3

Sərbəst güləş

-

-

1

1

Maqomed Ariphaciyev

Azərbaycan (1)

Belarus (1)

1977

2000-2004

2

Boks

-

1

-

1

Ramil Quliyev

Azərbaycan (1)

Türkiyə (1)

1990

2008, 2016

2

Atletika

-

-

-

-

 

SSRİ yığmasının daimi üzləri

Müstəqillik illərində 52 idmançımız 2 və daha çox Olimpiadada iştirakçı edibsə, SSRİ yığmasında da belə fərqlənənlərimiz olub. 1952-1988-ci illərdə İttifaq komandasının şərəfini qoruyanlardan 3-ü digər komanda yoldaşlarını üstələyir. Onlar arasında mütləq rekord isə İnna Rıskala məxsusdu. Ulduz voleybolçumuz ardıcıl 4 dəfə SSRİ yığması ilə Oyunlara qatılıb. Bütün turnirlərdə finala kimi irəliləyən Rıskal 36 il ərzində ən uğurlu olimpiyaçımızdı.

 

Rıskaldan fərqli, Yuri Konovalov və Vasili Yakuşa 2 dəfə Azərbaycan adından SSRİ yığmasının heyətində Olimpiadaya yollanıb. Onlar iştirak etdiyi yarışlardan medalsız dönməyiblər.

   

SSRİ yığmasındakı rekordçularımız

İdmançı

Ölkəsi

Təvəllüdü

İştirak illəri

Olimpiada sayı

İdman növü

Q

G

B

Cəmi

Yuri Konovalov

SSRİ

1929-2008

1956-1960

2

Atletika

-

2

-

2

İnna Rıskal

SSRİ

1944

1964-1976

4

Voleybol

2

2

-

4

Vasili Yakuşa

SSRİ

1958

1980, 1988

2

Akademik avarçəkmə

-

1

1

2

 

Kubertin ənənlərinə sadiq kanadalı

Azərbaycan idman tarixində Olimpiadalara ən çox qatılan İnna Rıskal və İradə Aşumovanın hesabında 4 belə yarış varsa, planetin bu göstəricilərdəki rekordçuları təmsilçilərimizdən xeyli uzaqdadı. Olimpiadaların 120 illik tarixinə nəzər salsaq, mütələq rekordçu kanadalı İan Millara məxsusdu. Münhen-1972-də debüt edən 25 yaşlı çapar London-2012-də 65 yaşındaykən də atçılıq yarışında mübarizə aparıb. Bu 40 il ərzində yalnız 1 dəfə boykotla müşayiət olunan Moskva-1980-ni buraxan şimali amerikalı nə az, nə çox – 10 Olimpiadada çıxış edib. Millar muasir Oyunların banisi Pyer de Kubertinin “Əsas mükafat deyil, iştirakdı” Olimpiya devizinə sadiq qalan idmançılardan sayılır. Çünki kanadalı 40 il ərzində cəmi 1 gümüş medal qazanıb.

 

Milların ən yaxın izləyiciləri isə 9 yarışa qatılan Hubert Raudaşi və Afanasi Kuzmindi. Sonuncu 3 dəfə SSRİ, 6 dəfə Latviya yığmasının heyətində atıcılıq yarışına qatılıb. Onun hesabında 1-i qızıl olmaqla, 2 medal var. Afanasi boykota məruz qalan Los-Anceles-1984-ü buraxmasaydı, Millara şərik olardı. Avstriyalı yelkənli qayıqsürən isə fasiləsiz Olimpiadalarda çıxış edib.  

 

8 Olimpiadaya qatılanların sayı isə 9-a bərabərdi. Onlardan üçü perulu atıcı Fransisko Bosa, kanadalı avarçəkən Lesli Tompson və gürcüstanlı Nino Salukvadze Rio-2016-da iştirak etdiklərindən qarşıdakı yarışlara qatılması da istisna deyil. Lesli və Nino qadın idmançılar arasında rekordçu hesab olunurlar. Salukvadze 8 və daha çox Olimpiadalara qatılanalar arasında nisbətən gənc olduğundan Tokio-2020-də hədəf önünə keçməsi daha realdı.

 

Danimarkalı Pol Elvstryemun nailiyyəti də diqqət çəkir. 4 qat Olimpiya çempionu 8 yarışa qatıldığı müddətdə Tokio-1964, Monreal-1976 və Moskva-1980-i buraxıb. London-1948-dən Seul-1988-ə qədər yelkənli qayığı ilə çıxış edən şimallı 3 Oyunları buraxmasaydı, mütləq rekordçu da olardı.

 

7 Olimpiadaya qatılan 21 idmançı arasında isə yaponiyalı Seyko Haşimoto qeyri-adi çıxışı ilə tarixə düşüb. O, 4 dəfə qış, 3 dəfə yay olimpiya oyunlarında iştirak edib. Qışda konki sürən idmançı yayda velosipedə əyləşib. Haşimoto 1984-1996-cı illərdə çıxış etdiyi 7 Olimpiadada yalnız 1 bürünc medal qazanıb. Bu da Albervill-1992-yə təsadüf edib.

 

Olimpiadalarda ən çox iştirak edən idmançılar

İdmançı

Ölkəsi

Təvəllüdü

İştirak illəri

Olimpiada sayı

İdman növü

Q

G

B

Cəmi

İan Millar

Kanada

1947

1972-1976, 1984-2012

10

Atçılıq idmanı

-

1

-

1

Hubert Raudaşl

Avstriya

1942

1964-1996

9

Yelkənli qayıq

-

2

-

2

Afanasi Kuzmin

SSRİ (3)

Latviya (6)

1947

1976-1880, 1988-2012

9

Atıcılıq

1

1

-

2

Pyero D İntseo

İtaliya

1923-2014

1948-1976

8

Atçılıq idmanı

-

2

4

6

Raymondo D İntseo

İtaliya

1925-2013

1948-1976

8

Atçılıq idmanı

1

2

3

6

Darvard Noulz

Böyük Britaniya (1)

Baham adaları (7)

1917

1948-1972, 1988

8

Yelkənli qayıq

1

-

1

2

Pol Elvstryem

Danimarka

1928

1948-1960, 1968, 1972, 1984, 1988

8

Yelkənli qayıq

4

-

-

4

Raymond Debevets

Yuqoslaviya (2)

Sloveniya (6)

1963

1984-2012

8

Atıcılıq

1

-

2

3

Yozef İdem

AFR (2)

İtaliya (6)

1964

1984-2012

8

Kayak

1

2

2

5

Fransisko Bosa

Peru

1964

1980-2004, 2016

8

Atıcılıq

-

1

-

1

Lesli Tompson

Kanada

1959

1984-2000, 2008-2016

8

Akademik avarçəkmə

1

3

1

5

Nino Salukvadze

SSRİ (1)

MDB (1)

Gürcüstan (6)

1969

1988-2016

8

Atıcılıq

1

1

1

3

 

Tahir HÜMMƏTOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

0