[b]5 oyunluq "susqunluq" pozulacaqmı?[/b]
23.09.2016 - 20:27
[b]5 oyunluq "susqunluq" pozulacaqmı?[/b]

Topaz Premyer Liqasında VI tura sabah start veriləcək. Apasport.az saytının məlumatına görə, açılış matçında AZAL-la “İnter” üz-üzə gələcəklər.

 

Tərəflər arasında bu, 31-ci oyun olacaq. İki komanda ilk dəfə 2005-ci ildə dekabrın 4-də qarşılaşıblar. O zaman “Olimpik” adlanan “təyyarəçilər” öz meydanında qolsuz bərabərliyə razılaşmışdı.

 

Sonuncu dəfə 2013-cü il avqustun 18-də AZAL qarşısında məğlubiyyət görən (1:2) “bankirlər” o vaxtdan bura bu rəqibə qarşı uduzmaq nədir, bilmir.

 

11 oyundu ki, “İnter”lə görüşlərdə qələbəyə həsrət qalan Tərlan Əhmədovun yetirmələri sonuncu 5 matçda hətta qol da vura bilməyiblər.

 

Maraqlıdı ki, iki komanda arasındakı budəfəki oyun yubiley qolu ilə əlamətdar ola bilər. Belə ki, bu vaxta qədər tərəflər qarşılıqlı olaraq 48 dəfə fərqləniblər. Bu qollardan 28-ni “İnter”, 20-ni isə AZAL vurub. İstisna deyil ki, sabah 50-ci yubiley qolu vura bilər.

0