[b]AZAL "İnter"i zirvəyə "uçurtdu" - YENİLƏNİB[/b]
24.09.2016 - 17:56
[b]AZAL "İnter"i zirvəyə "uçurtdu" - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında VI tura start verilib. Apasport.az saytının məlumatına görə, açılış matçı “AZAL Arena”da baş tutub.

 

Mövsümə çox pis başlayan meydan sahibləri uğurlu debütlə yadda qalan “İnter”i qəbul edib. Cari mövsüm hələ ki məğlub olmayan "bankirlər" bu oyunda da qələbə qazanıblar.

 

İlk hissənin son dəqiqəsində Nizami Hacıyev penaltidən hesabı açıb. 54-cü dəqiqədə Kvirtiya hesabı bərabərləşdirsə də AZAL-ın qol sevinci çox çəkməyib.

 

Cəmi 10 dəqiqə sonra Rauf Əliyev qol vurub. Bundan 1 dəqiqə sonra isə Ağabala Ramazanov "İnter"in qələbəsinə şübhə yeri qoymayıb.

 

Zaur Svanadzenin yetirmələri bu qələbə ilə ən az bir günlük liderliyə yüksəliblər.

 

Topaz Premyer Liqası

VI tur

24 sentyabr (şənbə)

 

AZAL – “İnter” - 1:3

Qollar: Nuqzar Kvirtiya, 54 - Nizami Hacıyev, 45+1 (pen.), Rauf Əliyev, 64, Ağabala Ramazanov, 65

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov

“AZAL Arena”

 

AZAL: 1. Rəşad Əzizli, 2. Elşad Manafov, 3. Tural Hümbətov, 4. Qvanzav Maqomedov, 7. Kamal Mirzəyev, 11.Ruslan Nəsirli, 14. İlqar Ələkbərov, 9. Röyal Nəcəfov, 10. Nuqzar Kvirtiya, 24. Emin Cəfərquliyev (k), 77. Adan Koronado

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 95. Şirməmməd Məmmədov, 19. Elnur Süleymanov, 88. Mirzağa Hüseynpur, 15. Brayn Fok, 21. David Canelidze, 18. Ruslan Əmircanov

Baş məşqçi: Tərlan Əhmədov

 

"İnter": 1. Səlahət Ağayev (k), 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 22.  İlkin Qırtımov, 4. Slavik Alxasov, 15. Ruslan Abışov, 10. Elnur Abdullayev, 8. Nizami Hacıyev, 55. Ağabala Ramazanov, 24. Fuad Bayramov, 11. Rauf Əliyev

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 17. Abbas Hüseynov, 2. Sərtan Taşqın, 19. Mirhüseyn Seyidov, 7. Mirsahib Abbasov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad

Baş məşqçi: Zaur Svanadze

 

1.

İnter

6

4

2

0

11-6

14

2.

Qəbələ

5

4

1

0

15-0

13

3.

Qarabağ

5

4

0

1

14-2

12

4.

Kəpəz

5

1

3

1

5-5

6

5.

Zirə

5

2

0

3

4-6

6

6.

Sumqayıt

5

1

1

3

3-7

4

7.

Neftçi

5

1

0

4

3-14

3

8.

AZAL

6

0

1

5

2-17

1

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 6

 

0