[b]“Konkret cavab verməyə çətinlik çəkirəm” – Zaur Svanadze[/b]
24.09.2016 - 18:25
[b]“Konkret cavab verməyə çətinlik çəkirəm” – Zaur Svanadze[/b]

“Çətin görüş oldu. Amma oyuna diqtə edə bildik. İlk yarıda rəqibə qol imkanı vermədik. Bəxtsiz şəkildə qol buraxsaq da, sonradan vəziyyəti düzəldə bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının VI turunda səfərdə AZAL-la qarşılaşan “bankirlər”in çalışdırıcısı 3:1 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- “İnter” mövsümün əvvəlindən çempionluq uğrunda yox, avrokuboklar üçün savaşdığını deyir. Çempion olmaq üçün sizdə nə çatmır?

- İndi hələ başlanğıcdı. Yaxşı start götürmüşük. Uzun yol var. Heyətimizdə ciddi zədəlilər olmasa, olduğu kimi qalsa, çempionluq uğrunda mübarizə apara bilərik. Buna baxmayaraq, suala konkret cavab verməyə çətinlik çəkirəm.

 

- Sizcə, Rauf Əliyev tam formaya düşübmü? Milliyə layiqdimi?

- Rauf belə davam etsə, milliyə dəvət olunacaq. İrəliləyiş var, normal formadadı.

0