[b]“Kəpəz” – “Qarabağ” matçı təxirə salındı[/b]
24.09.2016 - 19:39
[b]“Kəpəz” – “Qarabağ” matçı təxirə salındı[/b]

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında VI turun daha bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ” səfərdə “Zirə” ilə heç-heçə oynayıb.

 

Əvəzedicilərin çempionatı

VI tur


“Zirə” - “Qəbələ” – 1:1
Qollar: Muxtar Əliyev, 10 (p.) - Ravil Yusifli, 11

Bu günə nəzərdə tutulan “Kəpəz” – “Qarabağ” oyunu isə güclü yağış səbəbindən təxirə salınıb. Oyun sabah saat 12:00-da Tovuz şəhər stadionunda başlanacaq.

 

(pfl.az)

0