[b]İspaniya da dayandı, Kolumbiyada yeni çempion olacaq[/b]
25.09.2016 - 13:25
[b]İspaniya da dayandı, Kolumbiyada yeni çempion olacaq[/b]

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk günündə yarımfinalçılardan ikisinin adına aydınlıq gəlib.  

 

1/4 final mərhələsi daha bir sensasiya ilə əlamətdar olub. Belə ki, ikiqat dünya çempionu və Kolumbiyada qızıl medala iki əsas iddiaçıdan biri olan İspaniya mübarizəni dayandırıb. Pireneylilər Rusiya ilə qarşılaşmada 2:6 hesabı ilə uduzub.

 

Onlar 5 qat dünya çempionu Braziliya və medallara iddialı İtaliyanın ardından mundialla vidalaşan daha bir nəhəng olub. İndiyədək keçirilən DÇ-lərdə yalnız iki komanda çempion olduğundan və onların hər ikisinin mübarizəni dayandırdığından sonra Kolumbiyada yeni komandamın qalib gələcəyi dəqiqləşib.

 

Digər 1/4 finalda isə İran Paraqvayı məğlub edib – 4:3. Sentyabrın 27-də keçiriləcək ilk yarımfinalda məhz İranla Rusiya görüşəcək.

 

Futzal üzrə dünya çempionatı

1/4 final

24 sentyabr

Paraqvay – İran – 3:4

Rusiya – İspaniya – 6:2

 

0