[b]Yığmamız üçün nəhs proqnoz[/b]
25.09.2016 - 13:55
[b]Yığmamız üçün nəhs proqnoz[/b]

Milli komandaların oktyabr ayında baş tutacaq bütün oyunları üçün proqnozlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, tanınmış “football-rankings” portalının ekspertləri Azərbaycan millisinin də gələn ay keçirəcəyi qarşılaşmalarla bağlı mülahizələr irəli sürüb.

 

Mütəxəssislər oktyabrın 8-də Norveçlə evdə, 11-də Çexiya ilə səfərdə keçiriləcək DÇ-2018-in seçmə oyunları ilə mənfi rəy veriblər. Ekspertlər yığmamızın hər iki matçda uduzacağını proqnozlaşdırır.

 

Qeyd edək ki, Azərbaycan – Norveç oyunu Bakıda, Çexiya – Azərbaycan matçı Ostravada baş tutacaq.

0