“Slovan”ın oyunu təxirə salındı
25.09.2016 - 14:26
“Slovan”ın oyunu təxirə salındı

Çexiya çempionatında VIII tura start verilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Slovan”ın bu turdakı qarşılaşması baş tutmayıb.

 

Buna Liberets təmsilçisinin “Karvina” ilə səfər matçının təxirə salınması səbəb olub. Belə ki, 7 matçda cəmi 5 xal toplayan “Slovan” çempionat matçının başqa vaxta keçirilməsini istəyib. Rəqibin də razılığını nəzərə alan təşkilatçılar görüşü qeyri-müəyyən vaxta təxirə salıb.

 

0