[b]Daha 3 Dünya Kuboku Azərbaycana həvalə edildi[/b]
27.09.2016 - 17:26
[b]Daha 3 Dünya Kuboku Azərbaycana həvalə edildi[/b]

Beynəlxalq Gimnastika Federasiyası ölkəmizə daha 3 böyük yarış etibar edib. Bu barədə apasport.az saytına məlumatı Azərbaycan Gimnastika Federasiyasından veriblər.

 

Belə ki, bu il olduğu kimi 2017-ci ildə də batut, idman və bədii gimnastika üzrə dünya Kubokları paytaxtımızda təşkil olunacaq. Azarkeşlər məşhur batutçuların yarışını fevralın 18-19-da izləyəcəklər. Ardınca – martın 16-19-da idman gimnastları mübarizəni Bakıda aparacaqlar. Bədii gimnastların Dünya Kuboku isə aprelin 28-də başlayıb, 3 gün sonra bitəcək.

 

2017-ci ildə ölkəmiz gimnastikanın müxtəlif növləri üzrə beynəlxalq hakimlər kursuna da ev sahibliyi edəcək.

 

Qeyd edək ki, gələn il mayın 12-22-də IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 3 gimnastika növü (kişi və qadın idman gimnastikası, bədii gimnastika) üzrə yarışlar da təşkil olunacaq. 

 

 

0