[b]“Neftçi” – “Sumqayıt”: boş tribunalar önündə... [/b]
27.09.2016 - 18:53
[b]“Neftçi” – “Sumqayıt”: boş tribunalar önündə... [/b]

Topaz Premyer Liqasının VI turunun bağlanış matçında “Neftçi” “Sumqayıt”ı qəbul edir. Apasport.az saytının məlumatına görə, qarşılaşmaya maraq olduqca azdı.

 

Matçın startına çox az vaxt qalmasına baxmayaraq, “Əlincə” stadionunun tribunaları, demək olar ki, boşdu. “Neftçi”nin yalnız 10-15 nəfərlik “Forza Neftçi” fan-klubunun üzvləri tribunalarda öz yerlərini alıblar.

 

Masazır qəsəbəsinin sakinlərini nə nəzərə alsaq, ümumilikdə 60-70 nəfərin oyunu izləməyə gəldiyini demək olar.

 

Qeyd edək ki, görüş saat 19:00-da başlayacaq.

0