[b]“Meydana bunun üçün çıxacağıq” – Əfran İsmayılov[/b]
28.09.2016 - 21:50
[b]“Meydana bunun üçün çıxacağıq” – Əfran İsmayılov[/b]

“Rəqibimiz çox güclüdür. Biz də bura xal qazanmaq üçün gəlmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Əfran İsmayılov deyib.

 

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə “Fiorentina” ilə qarşılaşacaq ağdamlıların yarımmüdafiəçisi qarşılaşma haqqında fikirlərini bölüşüb: “Baş məşqçimizin verdiyi tapşırıqları düzgün yerinə yetirsək, sərfəli nəticə qazana bilərik. Biz də bunun üçün meydana çıxacağıq. Ümid edirəm, ən azı bir xalla azarkeşlərimizi sevindirəcəyik”.

 

(klub saytı)

0