[b]“Telekom” “Boğaziçi” turnirinə qələbə ilə başladı - FOTO[/b]
29.09.2016 - 09:51
[b]“Telekom” “Boğaziçi” turnirinə qələbə ilə başladı - FOTO[/b]

Türkiyənin İstanbul şəhərində beynəlxalq “Boğaziçi” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk matçında Bakının “Telekom” klubu yerli “Sarıyer Bələdiyyəsi” ilə üz-üzə gəlib.

 

A qrupunda yer alan təmsilçimiz yeni mövsüm üçün ilk görüşünü inamlı qələbə ilə bitirib. Zoran Qayiçin yetirmələri birinci setdə uduzsalar da, ardınca rəqibə heç bir şans verməyiblər – 3:1 (22-25, 25-19, 25-23, 25-20).

 

Qrupumuzda “Beşiktaş” istirahət edib.

 

Digər qrupda isə “Əczaçıbaşı”, “Çanakkale Bələdiyyəsi” və “Halkbank” klubları mübarizə aparırlar.

 

Qeyd edək ki, II turda istirahət edəcək “Telekom” qrup mərhələsinin son görüşündə “Beşiktaş”la oynayacaq. 

0