[b]Əvvəl Azərbaycan, sonra Xorvatiya[/b]
29.09.2016 - 11:18
[b]Əvvəl Azərbaycan, sonra Xorvatiya[/b]

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan Şimali İrlandiya yığması gələn ay yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, noyabrın 11-də öz meydanında Azərbaycanla qarşılaşacaq Britaniya təmsilçisi 4 gün sonra Xorvatiya ilə üz-üzə gələcək.

 

Qarşılaşma Belfast şəhərində baş tutacaq.

 

Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil xorvatlarla matçın onlar üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Yoldaşlıq matçı olsa da, bizim üçün çox vacib görüşdü. Xorvatiya yüksək səviyyəli Avropa komandasıdı. Bu, əladı. Çünki öz meydanımızda bu cür komanda ilə qarşılaşacağıq. Evdə belə rəqiblə yoldaşlıq görüşü keçirməmişik. Bizim üçün yaxşı sınaq olacaq. Heyətin bir neçə üzvünü yoxlamaq şansımız yaranacaq”.

 

Qeyd edək ki, Şimali İrlandiyanın gələn ay millimizlə keçirəcəyi qarşılaşma da Belfastın “Uindsor Park” stadionunda baş tutacaq.   

0