[b]“Azərbaycan səfəri bizim üçün xüsusidi” – “Maynts”ın prezidenti[/b]
29.09.2016 - 11:35
[b]“Azərbaycan səfəri bizim üçün xüsusidi” – “Maynts”ın prezidenti[/b]

“Avrokubokda uğurlu seriya yaxalamaq istəyirik. Başım daha çox klubun maddi durumuna qarışsa da, Bundesliqa və Avropa arenasındakı oyunlarımızı diqqətdən qaçırmıram”. Apasport.az saytının məlumatına görə, bunu “Maynts” klubunun prezidenti Harald Ştruts deyib.

 

Bundesliqa təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Qəbələ”nin qonağı olacaq.

 

Oyunla bağlı Almaniya mətbuatına açıqlama verən Ştruts komandasının təzyiq altında olduğunu və böyük məsuliyyət daşıdığını bildirib: “Azərbaycan səfəri bizim üçün xüsusidi. Komandada formalaşma dövrü gedir. Belə ərəfədə Avropa Liqasındakı qarşılaşmalar çox önəmlidi. Təbii ki, ağır sınaq olacaq. Çünki hər kəs bizdən “Qəbələ” üzərində qələbə qazanmağı gözləyir”.

 

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Mants” qarşılaşması saat 19:00-da start götürəcək.

0