[b]“Topaz” “Qəbələ” və “Qarabağ”ın şansını açıqladı[/b]
29.09.2016 - 11:46
[b]“Topaz” “Qəbələ” və “Qarabağ”ın şansını açıqladı[/b]

“Topaz” Avropa Liqasının qrup mərhələsinin II turu üçün əmsalları açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru bu gün meydana çıxacaq “Qəbələ” və “Qarabağ”ın oyunlarına da pul qoyuluşu qəbul edəcək.

 

Belə ki, “Qəbələ” – “Mayns” matçında Almaniya təmsilçisi şanslı hesab olunur. Roman Qriqorçukun yetirmələrinin qələbəsi 3,80 əmsalla qiymətləndirildiyi halda, qonaqların qələbəsinə 1,75 əmsal verilib. Görüşdə heç-heçə 3,20 əmsaldı.

 

“Fiorentina” – “Qarabağ” duelində də rəqib favoritdi. Ev sahibi olan italiyalıların 3 xala yiyələnməsi 1,45 əmsalla qiymətləndirilib. “Qarabağ”ın qalib gəlməsinə 5,75, heç-heçə etməsinə isə 3,50 əmsal verilib. 

0