[b]“İngiltərə yığmasını çalışdırmaq təklifi xoşuma gəldi”[/b] – Arsen Venger
29.09.2016 - 12:37
[b]“İngiltərə yığmasını çalışdırmaq təklifi xoşuma gəldi”[/b] – Arsen Venger

“İngiltərə yığmasını çalışdırmaq? Bu təklif məni sevindirir”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Arsenal” klubunun baş məşqçisi Arsen Venger deyib.

 

Korrupsiyada ittiham olunduğu üçün İngiltərə millisinin baş məşqçisi postundan uzaqlaşdırılan Sem Ellerdaysın yerinə kimin gətiriləcəyi maraqla gözlənilir.

 

Bu posta namizədlər sırasında adı çəkilən Arsen Venger məsələ ilə bağlı açıqlama verib. İngiltərə mətbuatına danışan fransalı çalışdırıcı bunları deyib: “Təklif xoş olsa da, mənim üçün prioritet məsələ “Arsenal”dakı işimdi. Cari mövsümün sonuna qədər yüz faiz hazırkı iş yerimdə qalacağam”.

 

Qeyd edək ki, 1996-cı ildən “Arsenal”ı çalışdıran Venger bu komanda ilə 3 dəfə İngiltərə çempionu adını qazanıb.

0