[b]Yunus Mallı “Maynts”dan ayrılmaq istəyir[/b]
29.09.2016 - 15:11
[b]Yunus Mallı “Maynts”dan ayrılmaq istəyir[/b]

Bu gün Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin qonağı olacaq “Maynts” aparıcı futbolçularından biri ilə yollarını ayıra bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, söhbət yarımmüdafiəçi Yunus Mallıdan gedir.

 

Ölkəsinin mətbuatına açıqlama verən Türkiyə millisinin oyunçusu karyerasını daha böyük klubda davam etdirmək arzusunu gizlətməyib. 24 yaşlı futbolçunun arzusu Çempionlar Liqasında iştirak etməkdi: “Almaniyada özümü yaxşı hiss edirəm. Amma gələcəkdə Çempionlar Liqasında müntəzəm çıxış edən bir klubun formasını geyinmək istəyirəm”.

 

Bu yay Fransada keçirilən Avropa çempionatından sonra Türkiyə millisinə dəvət almayan kapitan Arda Turan barədə də danışan Mallı onun qayıdacağına əmin olduğunu söyləyib: “Avropa çempionatı gözlədiyim kimi keçmədi. Ordakı səhvlərimizdən nəticə çıxarmalıyıq. Kapitanımız Arda Turanın da tezliklə yığmaya çağırılacağına inanıram. Çünki o, böyük futbolçudu”.

 

Qeyd edək ki, Yunus Mallı 2011-ci ildən “Maynts”da çıxış edir.

0